“Qardaşım oğlu qələt edir” - Astan Şahverdiyev

27-12-2016, 10:30           

Millət vəkili Astan Şahverdiyev qardaşı oğlunun açıqlamasına münasibət bildirib.
A. Şahverdiyev "Qafqazinfo” ya deyib ki, Nemət Şahverdiyevin dedikləri yalandır: "O qələt edib, belə danışıb. Kimdir ki o? Nə olsun ki, mənim qardaşım oğludur? Dedikləri yalandır.
Mən intervyü verəndə yanımda başqa adamlar da olub. Atası da məni tənbeh etməyib. Amma ola bilsin ki, oğluna nəsə deyib. Ancaq onun dediklərinə fikir vermək lazım deyil. O uşağın psixoloji durumunda problemlər var”.


***
11:35


"Əmimin dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.

Biziməsr.az xəbər verir ki, bu sözləri millət vəkili Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev sosial şəbəkədə yazıb. O, əmisinin ajiotaja səbəb olan açıqlamanı verdiyi vaxt içkili olduğunu qeyd edib: "Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir. İnsanların əmimin sözlərinə görə narazılığını başa düşürəm. Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.


Qeyd edək ki, deputat Astan Şahverdiyev dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlərin keçirdiyi etiraz aksiyası ilə bağlı açıqlama verib. O, müsahibəsində etirazlara səbəb olan ifadələr işlədib: "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.