Oliqarxlar Dəmir Yolu Xəstəxanalarının ərazilərini ələ keçirtmək istəyirlər - İDDİA
29-12-2016, 23:00
Cebhe.info-ya daxil olan məlumata görə, yaxın vaxtlarda Azərbaycanın məşhur tibb müəssisələri özəlləşdirməyə çıxarılacaq. Bunların içərisində Dəmiryol Xəstəxanasının adı da var. Artıq xəstəxananın boşaldılmasına başlanılıb. İlin sonuna qədər bu proses yekunlaşmalıdır.
Qeyd edək ki, Gömrük Hospitalı, Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar) və onun nəzdindəki uşaq poliklinikası, Dəmiryol, Sutikinti xəstəxanaları, eləcə də Heydər Əliyev prospektində yenicə inşa edilən və hələ tam fəaliyyətə başlamamış Sağlamlıq Mərkəzi də özəlləşməyə çıxarılır. Bundan başqa Dəmiryol Yollarının Bakıda və rayonlardakı dəmiryol xəstəxanaları və ambulatoriyaları da özəlləşdiriləcək.
Bura Bakı Dəmir Yolu Xəstəxanası, Mərkəzi Dəmir Yolu Xəstəxanası Mərdəkandakı Əncirli Uşaq Dəmir Yolu Xəstəxanası, Gəncə, Hacıqabul, İmişli, Ələt, Salyyandakı dəmiryol xəstəxanaları aiddir. Özəlləşdirməyə açılan obyektlərin bir hissəsi stomatoloji poliklinikadır. Onların arasında Bakının Nərimanov rayonunda Təbriz küçəsində (Nərimanov metrosunun) yerləşən tanınmış Respublika Uşaq Stomatologiya Mərkəzi də var.
teref.az olaraq əldə etdiyimiz özəl məlumatalara görə Dəmir Yolu Xəstəxanasının yerlşdiyi yerə bir neçə oliqarxın gözü düşüb. Mənbənin bizə verdiyi məlumata görə Bakı şəhəri ərazisində yerləşən Dəmir Yol Xəstəxanaları ( bura Biləcəri Dəmir Yol xəstəxanasıda daxildir) ərazi baxımından torpaq sahələri çox qiymətli bir ərazidir.Və bu ərazilərin qiyməti vaxt keçdikcə daha qiymətli olcaq.Buna görədə torpağın qiymətlilik kofisentini nəzərə alan bəzi oliqarxlar bu xəstəxanalrın ərazilərini özəlləşdirməyə can atırlar.Heç kim nəzərə almır ki, bu xəstəxanalar əhaliunin kasıb təbəqəsinə qulluq edir və bu xəstəxanalarada işləyən 3 000 - dən çox səhiyyə işçisi küçələrə atılacaq.
teref.az