Aqil Abbasın xanımı ona danışmağı niyə qadağan edib? - İradə Tuncaydan AÇIQLAMA

30-12-2016, 22:46           

Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas mətbuata danışmağına embarqo qoyulduğunu deyib. Deputat ailəsi tərəfindən danışmasına qadağa qoyulduğunu bildirərək, deyib ki, hər müsahibəsindən sonra “it yiyəsini tanımır.


Tərəf.info xəbər verir ki, modern.az saytı məsələ ilə bağlı Aqil Abbasın həyat yoldaşı, tanınmış jurnalist, yazıçı-publisist, İradə Tuncayla əlaqə saxlayıb.

İradə xanım bildirib ki, Aqil Abbasın danışması ilə bağlı ailəsi tərəfindən qoyulan qadağa zarafatdır.

“Aqil müəllimin dedikləri çox vaxt düzgün anlaşılmır. Qıcıqla qarşılanır. Aqil müəllim yazıçıdır. Uzun illərdir ki, Milli Məclisdə təmsil olunur. Aqil müəllim evdəki adamların sözü ilə oturub-durarmı?! Təbii ki, zarafatdır”.


Xatırladaq ki, A.Abbas ona qoyulan qadağa barədə ölkə.az-a açıqlamasında məlumat vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru