Eldar Mahmudovun dəstəsinin ağlasığmaz əmlakı- HAMISINA HƏBS QOYULUB (SİYAHI BURADA)

31-12-2016, 10:08           
Eldar Mahmudovun dəstəsinin ağlasığmaz əmlakı- HAMISINA HƏBS QOYULUB (SİYAHI BURADA)
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbəri olduğu qurumda yaratdığı mütəşəkkil cinayətkar dəstənin əmlakı bəlli olub. Gununsesi.info-nun xəbərinə görə, musavat.com “MTN işi” üzrə həbs edilən sabiq idarə rəislərinin və digər vəzifəli şəxslərin məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulmuş əmlaklarının siyahısını əldə edib.
Həbs edilən MTN əməkdaşlarının üzərinə həbs qoyulan əmlaklarının siyahısı aşağıdakı kimidir:
MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Qurbanov Sübahir Xaliq oğluna məxsus əmlaklar:
1- 4.120.000 manat dəyərində Nəsimi rayonu, Mərdənov qardaşları küçəsi 94 “a” ünvanında yerləşən qeyri-yaşayış binası
2- 384.000 manat dəyərində Nəsimi rayonu, Səməd Vurğun küçəsi 88, giriş 2 ünvanında yerləşən 34 №-li mənzil
3- 32.450 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi
4- 63.000 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi
5- 63.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 18 ünvanında yerləşən 11 №-li mənzil
6- 60.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən 10 №-li mənzil
7- 282.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi
8- 48 000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi
9- 87.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsi
10- 130.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi
11- 392.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində 0,385 ha torpaq sahəsi və üzərindəki tikililər
12- 1.200.000 manat dəyərində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki yanacaqdoldurma məntəqəsi
13- 100.000 manat dəyərində Masallı rayonu Qızılavar kəndində 0.0636 ha torpaq sahəsində yerləşən yanacaqdoldurma məntəqəsi
14- 37.000 manat dəyərində Səbayel rayonu, R.Behbudov küçəsi 8 ünvanında qaraj
İstintaq zamanı bu əmlakların ümumi dəyəri 6.998.450 manat hesablanıb. Bundan əlavə, Sübahir Qurbanova məxsus mənzillərdə, evlərdə axtarış zamanı aşkar edilən 54.779 manat dəyərində qiymətli əşyalara, 38.150 manat, 11650 dollar, 5000 avro pul əskinazlarına, özünün, ailə üzvlərinin bank hesablarında olan pullara da həbs qoyulub.
Həmin idarənin rəis müavini Əliyev Fizuli Zülfüqar oğlunun əmlakları:
1- Özünün və qohumlarının adlarına sənədləşdirilmiş 306.000 manat dəyərində Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi 23«a» ünvanda daşınmaz əmlak
2- 568.000 manat dəyərində Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 22 ünvanda yerləşən danışmaz əmlak
3- Dəyəri 371.000 manat olan Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 34 ünvanında olan daşınmaz əmlak
4- Dəyəri 121.500 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami prospekti, “Xalça” mağazasının qarşısındakı aptekin şərq hissəsində yerləşən qeyri-yaşayış binası
5- Dəyəri 40.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi 65 ünvanında yerləşən qeyri-yaşayış binası
6- Dəyəri 1.110.000 manat olan Suraxanı rayonu, General Mehmandarov küçəsi ev 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsi
7- Dəyəri 72.000 manat olan Nizami rayonu, Şərifli küçəsi ev 25 ünvanında yerləşən 198 nömrəli mənzil
8- Dəyəri 22.500 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 3-cü küçə 46 ünvanında yerləşən 0,08 ha sahədən ibarət torpaq sahəsi
9- Dəyəri 71.000 manat olan Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 507-511-ci məhəllə, ev 16 «b» ünvanında yerləşən 43 nömrəli mənzil
10- Dəyəri 463.500 manat olan Yasamal rayonu, İzmir küçəsi 7 «b» ünvanında yerləşən qeyri-yaşayış sahəsi
11- Dəyəri 198.000 manat olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evi torpaq sahəsi ilə birlikdə
12- Dəyəri 281.500 manat olan Yasamal rayonu, Mətbuat prospekti ev 35 ünvanında yerləşən 30 nömrəli mənzil
13- Dəyəri 63.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının qarşısındakı mağazanın qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsi
14- Dəyəri 180.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası
15- Dəyəri 478.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi 59 ünvanında yerləşən qeyri-yaşayış sahəsi
16- Dəyəri 90.000 manat olan Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayın binası
17- Dəyəri 9.000 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak
18- Dəyəri 742.000 manat olan Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən 0,061 ha torpaq sahəsində yerləşən mülk
19- Dəyəri 9.000 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi
20- Dəyəri 4.400 manat olan Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi
21- Dəyəri 60.500 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ev 8 ünvanında yerləşən ev
22- Dəyəri 41.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsi 205 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi
23- Dəyəri 20.500 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikili
24- Dəyəri 8.800 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 75,6 kv m ümumi sahədən ibarət tikili
25- Dəyəri 451.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 15 ünvanında yerləşən daşınmaz əmlak
26- Dəyəri 784.000 manat olan Bakı şəhəri, Səbayel rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər
27- Dəyəri 1.873.000 manat olan Gəncə şəhəri, Cavadxan küçəsi ev 58 “a” ünvanında yerləşən əmlak kompleksi
28- Dəyəri 275.000 manat olan Gəncə şəhəri, Nizami küçəsi ev 30 ünvanında yerləşən ev
29- Dəyəri 65.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi 38 ünvanında yerləşən ev
30- Dəyəri 498.000 manat olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən qeyri-yaşayış binası
31- Dəyəri 144.000 manat olan Mingəçevir şəhəri, Gəncə şosesi 8 ünvanında yerləşən qeyri-yaşayış binası
32- Dəyəri 65.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsində yerləşən qeyri-yaşayış sahəsi
33- Dəyəri 106.000 manat olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 84 ünvanında yerləşən ev
34- Dəyəri 86.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 4-cü döngə 102 ünvanında yerləşən ev
35- Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri- dəyərləri müvafiq olaraq 1 630, 1 890, 1 680, 930, 660 manat
Daşınmaz əmlakların cəmi dəyəri 9.513.490 manat.
Xidməti otaqlarından və evindən 16.130 manat dəyərində qiymətli əşyalar, 12.123 manat və 35.100 dollar, dəyəri 40.000 manat olan “Jeep Qrand Cherokee” markalı 90 RE 505 dövlət qeydiyyat nişanlı avtomaşın, “Şah” MMC-nin adına sənədləşdirilmiş 93.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı 10 AZ 603 dövlət qeydiyyat nişanlı avtomaşın, 35.500 manat dəyərində “Toyota Camry” markalı 90 AA 576 dövlət qeydiyyat nişanlı avtomaşına da həbs qoyulub.
Həmin şöbənin əməkdaşı Alıyev Natiq Allahverdi oğluna məxsus əmlaklar:
1– Özünün və yaxın qohumlarının adlarına sənədləşdirilmiş dəyəri 49.500 manat olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ev 30 ünvanında yerləşən 4 saylı mənzil

2– Dəyəri 55.000 manat olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi 25 ünvanında yerləşən 1 saylı mənzil

3- Dəyəri 270.000 manat olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “Kapital qrup” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 56-57 nömrəli mənzil

4– Dəyəri 1.216.000 manat olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində olan tikililər

5– Dəyəri 784.000 manat olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər
Daşınmaz əmlakların cəmi 2.374.000 manat dəyərində hesablanıb. Onun 54.000 manat dəyərində “Audi Q7” markalı 10 OM 008 dövlət qeydiyyat nişanlı avtomaşınına da həbs qoyulub.
Həmin şöbənin digər əməkdaşı Məmmədov Zaur İbiş oğlunun əmlakı:
1- Dəyəri 150.000 manat olan Nizami rayonu, Şərifli küçəsi, 25-24-cü məhəllədə “Qarant 21 əsr” MTK tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasında 6 nömrəli mənzil

2– 50.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Toyota Prado” markalı 99 HL 223 dövlət qeydiyyat nişanlı avtomaşın
Baş İdarələrinin sabiq rəisi Quliyev Teymur Rəcəb oğlunun əmlakı:
1– Özünün və yaxın qohumlarının adlarına sənədləşdirilmiş dəyəri 1.279.000 manat olan Nərimanov rayonu, Etibar Qocayev küçəsi 34 ünvanında yerləşən fərdi yaşayış evi

2– dəyəri 21.100 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi 3-cü küçə 39 ünvanında yerləşən 0,08 ha sahəsi

3- Dəyəri 95.000 manat olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.26 ha torpaq sahəsi və onun üzərində mövcud olan fərdi yaşayış evləri,
Atayev Fərhad Tofiq oğlunun əmlakı:
1– Dəyəri 95.000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 45, mənzil 15 ünvanında yerləşən mənzil

2- 18.000 manat dəyərində “Hyundai İX35” markalı avtomobil

3– 3.000 manat dəyərində “VAZ-21074” markalı avtomobil
Şirəliyev Anar Hacıçoban oğlunun əmlakı:
1– Dəyəri 40.000 manat olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi 50B ünvanında yerləşən fərdi yaşayış evi

2- 7.500 manat dəyərində “Mercedes C220 CDİ” markalı avtomobil

3– 29.900 manat dəyərində “Mercedes E270 CDİ” markalı avtomobil

4– 1.500 manat olan “QAZ-2417” markalı avtomobil
Əliyev Eşqin Dünyamalı oğlunun əmlakı:
1- 300 manat dəyərində “Mini dron hubsan” markalı kiçik ölçülü kameralı dron

2- 180 manat dəyərində 1 ədəd boyunbağı

3– 60 manat dəyərində 1 ədəd kulon

4– 30 manat dəyərində 1 ədəd qara rəngli rezin tip və qılınc formalı kulon.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.