Paşazadələrin həbsdəki şərikindən sensasion müraciət
31-12-2016, 10:44
Müğdət Həşimov günahsız həbsinə görə QMİ sədrini sərt ittiham etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Allahşükür Paşazadə və yaxnlarının şəriki olmuş Müğdət Həşimov işi üzrə məhkəmə davam edir. M.Həşimov məhkəməsində başına gətirilənlərin ədalətli şəkildə araşdırılmasını istəyib.
O, ictimaiyyətə də müraciət etməklə ədalətin bərqərar edilməsi üçün ona köməklik edilməsini rica edib.
M.Həşimov müraciətində yazır:
“Allahşükür Paşazadənin ailə üzvləri ilə mənim aramda bağlanmış ”Birgə fəaliyyət haqda" müqaviləni bir daha böyüdülmüş şəkildə diqqətə çatdırıram. Bəlkə bu müqaviləyə diqqət edən, mənim günahsız olduğumu anlayan tapılar. Bu gün qüvvədə olan bu müqavilə Paşazadələr tərəfindən kobud qanun pozuntusu ilə birtərəfli qaydada dayandırılıb. Məni qanunsuz olaraq azadlıqdan məhrum ediblər. 1 il 4 aydan çoxdur ki, 1 saylı İstintaq Təcridxanasında saxlanılıram. Müsəlman aləminin müqəddəs bayramları da daxil olmaqla bütün bayramları təcridxana divarları arasında keçirirəm. Gecə-gündüz bayramlarda müsəlmanların xeyrxahlığı, qardaşlığı, qərəzsizliyi təbliğ olunur. Əsas təbliğatçı isə mənə qanunsuz həbsə yollayan Allahşükür Paşazadənin rəhbəri olduğu Qafqaz Müsəlmanları İdarəsidir. Bu idarənin rəhbəri bir ailə başçısını günahsız həbsdə saxlayır, ailəsinə qan uddurur, onun yaşına, cəmiyyətdəki mövqeyinə məhəl qoymur, haqsız yerə mal-mülk davası aparır, bir tərəfdən isə müsəlmanları qardaşlığa, dostluğa, xeyirxah əməllərə, barışa səsləyir. Xristian aləminin din xadimi Papa Fransisk isə aclıqdan əziyyət çəkən zəncinin ayaqlarını yuyur, sonra da öpür. Dəfələrlə vəsatət verməyimizə baxmayaraq, mənimlə birgə fəaliyyətə imza atmış bu din rəhbərinin ailə üzvləri iki ildən artıq sürən istintaq prosesində bir dəfə də ifadə verməyiblər, bir dəfə də istintaqa, məhkəməyə qarısmayıblar.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu sifarişlə işin arasdırılması yekunlaşır. Mənimlə heç bir müqaviləsi olmayan, Paşazadələrin qoçusu “Hacı Mazan” deyilən Ramazan Zeynalov öz şikayət ərizəsində mənim 700 min manatı talan etdiyimi göstərsə də, istintaq müəyyənləşdirdi ki, nəinki 700 min manatı mənimsəmişəm, öz cibimdən əlavə 59 min manat xərcləmişəm. Əllərinə heç bir sübut keçməyən Paşazadələr özlərinin zorla klinikadan çıxartdıqları, itirdikləri, 193 min 50 manatliq tibbi avadanlığın çatışmazlığını əsas gətirərək mənə saxta ittiham verdirməyə nail oldular. Deputat Cavanşir Paşazadə sifarişi verib, “Hacı Mazan”ı verib qabağa, o da savadsız adamdır, məhkəmədə ağzına gələni danışır. Gah deyir o obyektin mənə heç bir aidiyyəti yoxdur, oradan mənə düsən payı Paşazadələrə bağışlamışam, gah da deyir oranı mən bağlamışam. Heç kimə bəlli olmur ki, bu işdə bu adamin statusu nədir? Onun statusunu mən deyim: - Paşazadələrin qoçusudur.
Özünün sözüdür ki, əgər Paşazadələr mənə desə ki, get 4 nəfərin başını gətir, mən gətirərəm. Bax budur “Hacı Mazan”ın Paşazadələrin qarşısındakı öhdəliyi. Bax budur Paşazadələrin “Hacı Mazan”ın əli ilə məhv etdiyi insan taleyi, ailə faciəsi. Bax budur, deputat Paşazadənin sifarişini yerinə yetirən bəzi orqan işçilərinin rəzilliyi, insan həyatına qəsdi...
Paşazadələrin ailə üzvləri ilə mənim aramda bağlanmış “Birgə fəaliyyət haqda”
müqavilənin müddəti 2018-ci ildə başa çatacaq. Qanun-qayda hərləməyən deputat Cavanşır Paşazadə tərəfindən müqavilə 2 ildən çoxdur birtərəfli qaydada dayandırılıb, onun özbaşınalığı nəticəsində mən 15 aydan çoxdur qanunsuz olaraq azadlıqdan məhrum olunmuşam. 60 yaslı bir ziyali, Azərbaycan Yazıçılar Birliyinin üzvü, kitab müəllifi ailə başçısı mən üzümü qibləsi pul olan Paşazadələrə üzümü tutub Məhəmməd peyğəmbərin bir kəlamını xatırladıram: “Necə yaşasanız o cur öləcəksiniz, necə ölsəniz elə də diriləcəksiniz”.musavat.com/