Bağlanışa bilet tapa bilməyənlərin nəzərinə

19-06-2015, 15:08           
Bağlanışa bilet tapa bilməyənlərin nəzərinə
"Bəzi insanlar bilet almaq istəyir, ala bilmir. Buna təəssüf edirəm. Amma mövcud biletlərdən də artığını sata bilmərik"

Bunu Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Saymon Kleq bilet tapa bilməyən insanlara görə, təəssüfləndiyini bildirib:`Açıq havada olan yarışları insanlar sona qədər izləmirlər. Ora əlavə bilet sata bilmərik. Bəzi insanlar bileti ola-ola gəlmir. Amma bağlı məkanlarda böyük sayda tamaşaçı olur. Xüsusən də, güləş daha çox tamaşaçı cəlb edib. Ümumilikdə tamaşaçı marağından məmnunuq. Bu, Azərbaycan üçün yenilik olduğundan, bilet alma mədəniyyəti də yavaş-yavaş formalaşır. Biletlərdən əldə olunan gəlir əsas komponent deyil. Çünki bu, təzə bazardır`.

Saymon Kleq deyib ki, bu gün 12 idman növündə yarış olacaq. Stolüstü tennis və taekvondo yarışları bitəcək. Bu idman növlərinin keçirildiyi məkanlar digər yarışlar üçün hazırlanacaq:

`14 məkanda 7 idman növü üzrə yarış oldu. 30 minə yaxın tamaşaçı oyunları izlədi. Dünən suya tullanma yarışlarının ilk günü olsa da, çox uğurlu alındı. Hətta bu gün orda tamaşaçılar üçün əlavə sektorlar açılıb. 1600-dən çox əlavə yer təmin olundu. Bu gün velosipedçilər gün ərzində yolla tanış olacaqlar. Ona görə də, bəzi yollar bağlanacaq`.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.