İqtidardan inanılmaz reforma: İki akademiya İncəsənət Universitetinə birləşir - Təcili

2-02-2017, 11:08           
İqtidardan inanılmaz reforma: İki akademiya İncəsənət Universitetinə birləşir - Təcili
Dövlət Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyası Dövlət Mədəniyyət və İncəsənət Universitetinə birləşdirilə bilər

Bu barədə Təhsil Nazirliyindəki rəsmilərən biri Politika.Az-a məlumat sızdırıb.

Mənbə iddia edir ki, hər iki akademiyanın ayrılıqda fəaliyyəti rüşvət, izafi xərc və qeyri-rəsmi digər neqativ hallara yol açıb.

Nazirlik və hökumət səviyyəsində gedən müzakirələrdə qərara alınıb ki, bəzi təhsil ocaqlarının fəaliyyətinə xitam verilsin, bu sahə tənzimlənsin.

Qaynağımız qeyd edib ki, Dövlət Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyası barədə mətbuatda zaman-zaman rüşvət iddiaları səslənib. Ancaq ilk növbədə izafi xərclər, hökumçətin qənaət rejiminə keçməsi və təhsil ocaqlarının sayını azaltması əsas götürülüb.

Bu baxımdam hər iki akademiya Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tabeliyində fəaliyyətini davam etdirə bilər.

Universitetlərin ləğvi və birləşdirilməsi prosesi sürətlənir. Son günlərdə Azərbaycanda ard-arda Təfəkkür və Qafqaz Universitetlərinin fəaliyyətini dayandırması digər ali təhsil ocaqlarının da eyni taleyi yaşayacağı məsələsini gündəmə gətirib.

Politika.Az-ın bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi haqda yazdıqları təsdiqlənir.

Bu islahatların qarşıdakı dönəmdə daha sürətli xarakter alacağını rəsmilər də etiraf etməyə başlayıblar. Halbuki aylardır ali məktəblərlə bağlı proses getdiyini yazırdıq.

Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı da təhsilin tələbinə cavab verməyən, xalqın istəklərini ödəyə bilməyən ali təhsil müəssisələri sıradan çıxacağını qeyd edib.

Onun sözlərinə görə, Təfəkkür Universitetinin bağlanmasından sonra bir daha sübut olundu ki, bir sıra özəl və dövlət universitetlərini də bu tale gözləyir:

“Əslində belə proses dünyanın hər yerində mövcud olan real haldır. Bu, bir növ yarışdır. Heç şübhəm yoxdur ki, dövlət universitetlərinin də bir çoxu bağlanacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.