“Rabitəbank”la bağlı “cashback” qalmaqalı - "Bağda ərik qurtardı, salaməleyküm qurtardı"...

Bu gün, 12:14           
“Rabitəbank”la bağlı “cashback” qalmaqalı -
Son illərdə bankların bir çoxu cəlbedici “cashback” təklifləri ilə müştəri “ovuna” çıxıb. Lakin müəyyən qədər müştəri cəlb edəndən sonra şərtləri “cashback” şərtlərini ağırlaşdırıblar.
“Cashback” mağazalarda, xidmət sektorlarında, yanacaqdoldurma məntəqələrində və s. bank kartı ilə ödənilən vəsaitin müəyyən faizinin müştəriyə geri qaytarılmasıdır. Bunun üçün bankın həmin mağaza, restoran və s. müəssisə ilə müqaviləsi olmalıdır. Çünki bank müştəriyə qaytardığı faizi özü həmin müəssisədən alır.

Bizimyol.info xəbər verir ki, “Rabitəbank” ətrafında “cashback”la bağlı qalmaqal yaşanıb. Bankın iddiasına görə, müştəriyə qaytardığı vəsaiti özü geri ala bilməyib. Bu səbəbdən də məsələ məhkəmə müstəvisinə çıxıb.

“Rabitəbank” məhkəmə iddiasında göstərib ki, “Simit Sarayı” ilə endirim kampaniyasında iştirak müqaviləsinə əsasən, müştərilərin ödədiyi məbləğin 5 faizi onlara geri qaytarılıb. Bank müştəriyə bu vəsaiti dərhal qaytarsa da, tərəfdaş – “Simit sarayı” daha sonra həmin vəsaiti banka qaytarmalı idi. Lakin banka ödəniş olunmayıb. Bankın iddiasına görə, “Simit Sarayı”nın müştərilərə qaytarılmış “cashback”lara görə ona 354 manat borcu yaranıb:

“Müqavilə şərtlərinə əsasən, “Kartmane” (“Rabitəbank”da kart növü) müştəriləri “Simit Sarayı”nda ödəniş zamanı “Rabitəbank” ödəniş məbləğinin 5 faizi qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin tərəfdaş bu məbləği banka geri ödəniş etməyib. Banka olan borc 354 manat 8 qəpikdir”.

Məhkəmə iddianın təmin olunması – “Rabitəbank”a 354 manat borcun ödənilməsi barədə qərar çıxarıb.

Aytən, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru