“Getsin, pulu Eldar Mahmudovdan tələb etsin” - MTN zabitinin məhkəməsi

2-02-2017, 21:07           
“Getsin, pulu Eldar Mahmudovdan tələb etsin” - MTN zabitinin məhkəməsi
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərov özünün ev dustaqlığına buraxılması üçüb vəsatət verib:

“Mənim azadlıqda olmağım zərərçəkmişlərin xeyrinə olacaq. Buna onlar da etiraz etmir”.

Zərərçəkənlər Namil Rzayev, Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov onlara dəyən maddi ziyanın ödənilməsindən sonra V.Ələkbərovun azadlığa buraxılmasına razı olacaqlarını deyiblər. E.Mədətov “biz o vaxt həbs olunmamaq üçün Vüsala pul verdik, indi o da ziyanı ödəsin ki, həbsdən buraxılsın” deyib. N.Rzayev isə V.ƏLəkbərovun aldığı bütün pulları özünə götürmədiyini deyib: “Vüsal Ələkbərov pulları kimə verib, ondan da tələb etsin. Getsin Eldar Mahmudovdan, Mövlam Şıxəliyevdən tələb etsin”.

Məhkəmə kollegiyası vəsatəti təmin etməyib. Zərərçəkən N.Kazımovun epizodu üzrə şahidlər dindirilib.

İclas Katibi bildirib ki, bu epizodda adı hallan general Mövlam Şıxəliyevin telefon nömrələrinə zəng çatmır. Buna görə də onun məhkəməyə gəlib-gəlməyəcəyi bilinmir. “Texnika Bank”ın rəhbəri Etibar Əliyev isə məhkəməyə gəlməyəcəyini deyib. Hazırda həbsdə olan Zal Yusifovu da prosesə gətirmək mümkün olmayıb.

N.Kazımovun qudası, “Çanaqqala” restoranını sahibi Tahir Əbdülqasımov ifadə verərək MTN zabitlərinin qohumundan tələb etdiyi rüşvəti nazirliyin yaxınlığına aparıb: “Biz 4 nəfər idik, telefonla dedilər ki, bir nəfər pulu içəri gətirsin. Oğlum Samir apardı, onda Vüsalı uzaqdan gördüm. Bir milyon dollar verdik, Nizamini buraxdılar. Pulun yarısını mən vermişdim. Vüsal sonra da əlavə 1 milyon istədi, dedi verməsəz Nizami 15 il həbsdə qalacaq”.

T.Əbdülqasımovun oğlu Samir nadirli ifadə verərək deyib ki, Vüsal Ələkbərov ondan qayınatası Nizami Kazımovun üzünə durmağı tələb edib: “Bu işlə bağlı mənim ərizəmi aldılar, amma məni dindirmədilər”.

V.Ələkbərovun vəkillərinin şahidlərə detallarla bağlı sualları, həmin zaman hansı rəng paltar geyinməsi, hansı fəsil olması barədə sualları zərərçəkmişləri qəzəbləndirib. Zalda gərginlik yaranıb.

Məhkəmə prosesi fevralın 9-da davam etdiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.