DİN-dən pasport verilməsi ilə bağlı yenilik –Vətəndaşlar qeydiyyatdan aslı olmayaraq, Nizami RPİ-yə də müraciət edə bilər

3-02-2017, 00:20           
DİN-dən pasport verilməsi ilə bağlı yenilik –Vətəndaşlar qeydiyyatdan aslı olmayaraq, Nizami RPİ-yə də müraciət edə bilər
Əhaliyə ümumvətəndaş pasportlarının verilməsi işinin səmərəliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadın xəbər verir ki, artıq vətəndaşlar ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də (RPİ) müraciət edə bilərlər.

Qeydiyyatda olduqları yerdən asılı olmayaraq, vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər.

Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir.

Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru