Manat nə qədər bahalaşa bilər? - PROQNOZ
9-02-2017, 09:28
Manatın möhkəmlənməsi dollar təklifini kəskin artırıb. Fins.az xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, manatın möhkəmlənməsini növbəti həftələrdə də gözləmək olar:
“Lakin bunun arxasında ciddi iqtisadi baza olmadığı üçün dolların ucuzlaşması müvəqqəti prosesdir. İlin ilk aylarında biznesin qeyri-aktiv olması da dollara tələbi azaldıb. Ancaq təxminən mart ayından etibarən bu sahədə canlanma yaranacaq. Bu da dollara tələbi artıracaq. Tələbin artması isə valyutanın yenidən manata qarşı möhkəmlənməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, qısa müddətdə dollar manat qarşısında təxminən 2,5% ucuzlaşıb. Ekspert hesab edir ki, manatın möhkəmlənməsi tempi belə davam edərsə, 1 dollar 1,50 manat səviyyəsinə də düşə bilər. Lakin bunun biznes sahiblərinin kəskin zərərə düşməsi ilə nəticələnməsi də istisna deyil. Ona görə də hökumət həmin tempi azaldaraq qarşıdakı həftələrdə dolların 1.65-1.75 manat səviyyəsinədək ucuzlaşmasına çalışacaq.