ASLAN İSMAYILOV MƏHKƏMƏDƏN YAYINDI – “Prosesdə iştirakı məcburi qaydada təmin olunmasa…”
11-02-2017, 19:59
“Aydındır ki, dediklərini sübut edəcək dəlilləri yoxdur və bu səbəbdən də mənimlə üz-üzə gəlməyə cəsarət etmir”
Xəbər verdiyimiz kimi, iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli vəkil Aslan İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Buna səbəb A.İsmayılovun sosial şəbəkələrdə və KİV-lərdə M.Həsənliyə qarşı ağır ittihamlar irəli sürməsidir.
Vəkil iş adamını vaxtilə MTN generalı Akif Çovdarovla işbirliyində olmaqda ittiham edib. SİTAT: “Mürvət-Çovdarov işbirliyindən 3 nəfər zərərçəkmiş şəxsi tanıyıram. Bu 3 nəfər indi üzə çıxmaq istəmir, çünki qorxurlar. Əgər maraqlıdırsa qoy xüsusi xidmət orqanları araşdırsınlar”.
M.Həsənli “AzPolitika”ya açıqlamasında A.İsmayılovu böhtan atmaqda ittiham etmiş və bu iddiasını məhkəmədə sübut etməyə çağırmışdı: “Aslan İsmayılov kişidirsə dediklərini sübut etsin! Həmin 3 nəfəri ortaya çıxarsın. Dediyini sübut edə bilməyən adama mən hər şeyini itirən adam kimi baxıram. Aslan İsmayılov belə üsullardan daha çox istifadə edir. Öz “Feysbuq” səhifəsi vasitəsilə insanları hədəfə alır, saxta profillərlə söydürür və bu metodan məqsədinə çatmaq üçün təzyiq üsulu kimi yararlanır. Mən 400-500 adamı işlə təmin edən, dövlət büdcəsinə külli miqdarda vergi ödəyən sahibkaram. Hazırda Aslan İsmayılovun şantaj maşını ilə üz-üzə qalmışam. Ola bilər ki, bu adamın işi bundan ibarət olsun və belə üsulla mübarizədən zövq alsın. Amma mənim belə intriqalara nə vaxtım nə də həvəsim var. Lakin bu, heç də o anlama gəlmir ki, Aslanın böhtanlarını cavabsız qoyacam. Tezliklə hüquqi müstəvidə bu məsələyə aydınlıq gətiriləcək”.
Bundan sonra M.Həsənli A.İsmayılov barəsində həm işgüzar nüfuza vurulan zərbəyə görə maddi təzminat, həm də xüsusi ittiham qaydasında həbs tələbilə Səbael rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət edib. Lakin A.İsmayılov məhkəməyə gəlmədiyindən bu gün artıq 3-cü dəfədir ki, proses təxirə salınıb.
M.Həsənli Azinforum.az saytına açıqlamasında bildirib ki, A.İsmayılovun məhkəmədən yayınması onun böhtan danışdığını bir daha sübut edir: “İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Çox təəssüflər olsun ki, hazırlıq iclası 3 -cü dəfədir təxirə salınır. Şikayət xüsusi ittiham qaydasında verildiyi səbəbindən cavabdehin özü şəxsən hazırlıq iclasına qatılmalıdır. Ancaq qanunların aliliyindən danışan hüquqşunas Aslan İsmayılov keçən ayın 27-si, 30 və bu gün təyin olunan prosesdə iştirak etməyib. Növbəti proses fevral ayının 22-sinə təyin edilib. Mən Aslan İsmayılovun bu hərəkətini məhkəməyə açıq hörmətsizlik kimi qiymətləndirirəm. Aydındır ki, onun dediklərini sübut edəcək dəlilləri yoxdur və bu səbəbdən də mənimlə üz-üzə gəlib qanunlar qarşısında çəkişmə aparmağa cəsarət etmir. İstənilən halda, qanunlara hörmət etməyə borcludur. Növbəti prosesdə onun iştirakı məcburi qaydada təmin olunmasa, hakimdən yuxarı instansiyalara şikayət etməyə məcbur olacam”.
Xatırladaq ki, M.Həsənli ilə A.İsmayılovun qarşıdurması uzun müddətdir ki, Azərbaycanın quşçuluq müəssisələrinə damazlıq yumurta, cücə və toyuq əti satan Türkiyənin “Emre Piliç” şirkətinin rəsmi səhmdarları arasında 2 erməninin olduğu məlum olandan sonra yaranıb.
“AzPolitika”nın araşdırmaları zamanı üzə çıxmışdı ki, ölkəyə xüsusən də damazlıq yumurta idxalında böyük pay sahibi olan “Emre Piliç” şirkətinin 30 faizi (!) milliyətcə ermənilər Arto Sevan Oksayan və Antranik Raffi Bozaçıyana məxsusdur. Erməni şirkətinin Azərbaycanla əməkdaşlığı üzə çıxdıqdan sonra bu şirkətin “Xəmsə” MMC ilə borc üstündə çəkişməsinin də olduğu məlum olub. Nə qədər qəribə olsa da, o da məlum olub ki, A.İsmayılov 30 faizi rəsmən 2 erməniyə məxsus olan “Emre Piliç” şirkətinə vəkillik edir. Lakin tərəflər arasında məhkəmə çəkişməsi hələ ki, başlamamış A.İsmayılov həmişəki kimi, hücuma keçib və M.Həsənliyə qarşı sosial şəbəkə və saytlarda kampaniya aparıb.
Belə olduqda isə qarşı tərəf xüsusi ittiham qaydasında A.İsmayılovun özünü məhkəməyə çəkib. Başqa sözlə, A.İsmayılov özünün faktlara, sübutlara söykənməyən, böhtançılara xas üslübdakı açıqlamaları ilə yarıerməni şirkətini müdafiə edərkən özünü pis vəziyyətə salıb. İndi isə məhkəmədən yayınmaqla məsuliyyətdən də yayınmaq istəyir.
Bu çəkişmənin sonu nə ilə bitəcək, bunu zaman göstərəcək.