DİN Neftçalada NİA.az saytı ilə bağlı qalmaqala aydınliq gətirdi

14-02-2017, 20:06           
DİN Neftçalada NİA.az saytı ilə bağlı qalmaqala aydınliq gətirdi
teref.az-nun NİA.az saytının baş redaktoru ilə bağlı verdiyi xəbərə DİN-nin mətbuat xidmətindən operativ reaksiya verilib. DİN-nin mətbuat xidmətinin məlumatını sizə təqdim edirk:
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən:

"teref.az" saytının 13.02.2017-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş "Polis bölməsində jurnalistin üstünə silah çəkilərək məcbur ediblər ki,…" başlıqlı yazıda Neftçalada "Nia.az" saytının baş redaktoru Bəhruz Əliyevin guya həbs edilməsi və RPŞ-yə aparılaraq döyülməsi barədə adıçəkilən şəxsə istinadən yayılmış məlumatlar qərəzlidir və bu, hadsənin birtərəfli, şişirdilmiş, sözügedən portal rəhbərinin xeyrinə təhrif olunmuş formada təqdimatından başqa bir şey deyil.
Belə ki, bu il fevralın 13-dən 14-nə keçən gecə, saat 01:00 radələrində Neftçala şəhər sakini Bəhruz Əliyev sərxoş vəziyyətdə RPŞ-nin inzibati binasının qarşısında yerləşən posta yaxınlaşaraq Şöbə rəhbərliyinin qəbuluna düşmək istədiyini bildirib.
Həmin vaxt xidmətdə olan əməkdaşlar RPŞ-nin rəhbərliyinin qəbuluna gecə deyil, iş saatlarında gəlmək lazım olduğunu, xidməti fəaliyyətlə bağlı hər hansı bir müraciəti varsa, bu barədə Növbətçi hissəyə məlumat verə biləcəyini ona izah ediblər. Bu zaman B.Əliyev ictimai asayişi kobud şəkildə pozaraq səs-küy salıb, nalayiq ifadələr işlədərək ərazidən uzaqlaşıb.
Bir qədər keçdikdən sonra RPŞ-yə məlumat daxil olub ki, yaxınlıqdakı kafedə bir nəfər səs-küy salaraq ətrafdakı insanları narahat edir. Dərhal qeyd olunan ünvana yollanan polis əməkdaşları Bəhruz Əliyevin qatı xuliqanlıqlıq hərəkətlərini burada davam etdirdiyini görüblər.
Əməkdaşlar spirtli içki qəbul edən şəxsi intizama dəvət etməyə çalışsalar da o, buna məhəl qoymayıb, polisin qanuni tələblərinə qəsdən tabe olmayıb. Buna baxmayaraq B.Əliyev RPŞ-yə gətirilib və burada o, həkim-narkoloqun müayinəsindən keçirilib. Müayinə zamanı onun orta dərəcəli sərxoş olması müəyyən edilib. Baş redaktor barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və baxılıb tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Məhkəməsinə göndərilib. Polis şöbəsində B.Əliyevin üstünə silah çəkilməsi barədə iddialar da əsassızdır və uydurmadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.