Diplomatlar Cocuq Mərcanlıda məktəb inşası ilə tanış olub, Həziyevlər ailəsinə baş çəkiblər

15-02-2017, 17:44           
Diplomatlar Cocuq Mərcanlıda məktəb inşası ilə tanış olub, Həziyevlər ailəsinə baş çəkiblər
Azərbaycanda olan diplomatik korpusların rəhbərləri və beynəlxalq təşkilatların 50-yə yaxın nümayəndəsi bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar.

Trend-in məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov xarici qonaqlara 4 ay işğal altında qalmasına baxmayaraq, ermənilərin Cocuq Mərcanlıda böyük dağıntılar törətməsindən danışıb. Komitəsinin sədri erməni vandalizminə diqqət çəkib.

Sonra qonaqlar ANAMA-nın brifinq sahəsini gəziblər. Diplomatlara kəndin coğrafi mövqeyi barədə məlumat verilib. Xüsusi hazırlanan ərazidən keçən xarici nümayəndələr kənddə inşa olunacaq məktəb binasının bünövrəsinin qazılması prosesi ilə tanış olublar.

Daha sonra diplomatlar Cocuq Mərcanlıda yaşayan Həziyevlər ailəsinə baş çəkiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru