"Avtomabillərin hərəkətinin çətinliyi, çovğunun, küləyin olması məlumatları yalandır”. -İsmayıllı icar hakimiyyəti

16-02-2017, 12:27           
"Avtomabillərin hərəkətinin çətinliyi, çovğunun, küləyin olması məlumatları yalandır”. -İsmayıllı icar hakimiyyəti
Güclü küləyin İsmayıllı rayonunun bəzi kənd yollarında fəsadlara yol açması barədə yayılan məlumatlar şişirdilib.

Bunu AzVision.az-a İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komisiyasının (FHK) sədri Rövşən Ağayev deyib. O bildirib ki, bu, sadəcə panikadır.

“Hər il külək dağlara yağan qarı İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna sovurur. Biz buna öyrəşmişik. Hər il bu hadisə müşahidə edilir və tez zamanda da problem aradan qaldırılır. Daha avtomabillərin hərəkətinin çətinliyi, çovğunun, küləyin olması məlumatları yalandır”.

R.Ağayev bildirib ki, dərədən keçən həmin yola 20 sm qar yağıb: “50 sm qar yağması, yolun buz bağlaması yalandır. Şaxtalı vaxtlarda külək qarı sovurub, yola tökür və tez zamanda problem aradanq aldırılır. Heç bir maşın yolda qalmayıb. Məsələ isə sadəcə şişirdilib”.

Qeyd edək ki, güclü küləyin dağlara yağan qarı İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna sovurduğundan avtomobillərin hərəkəti üçün çətinlik yaratdığı və yolun 50 sm qarla örtülməsi barədə məlumat yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.