MTRŞ-dan “FOX TV”-nin bağlanması ilə bağlı Açıqlama

23-02-2017, 12:56           
MTRŞ-dan “FOX TV”-nin bağlanması ilə bağlı Açıqlama
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyənin “FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib.
Bunu AzVision.az-a MTRŞ-nın sədr müavini Qafar Cəbiyev deyib. O qeyd edib ki, Şuranın “FOX TV”-nin yayımının dayandırılması ilə bağlı qərarı yoxdur.
MTRŞ rəsmisinin sözlərinə görə, hər hansı kanalı yayımlayıb-yayımlamamaq operatorların daxili işidir.
“Kabel şəbəkələrinə hər hansı kanalı yayımlayıb-yayımlamaq üçün heç kim müdaxilə etmir. Sosial şəbəkələrdə bizim adımızdan yayılan məlumatlar yalandır. Onlar özləri sosial şifarişdən asılı olaraq bu və ya digər kanalı öz paketlərinə daxil edə və yaxud çıxara bilərlər. Bu, onların daxili işləridir”.
Qeyd edək ki, kabel şəbəkələri MTRŞ-nın göstərişinə əsasən, FOX Türk kanalının yayımının analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılması haqqında məlumat yayıblar. Məlumatda qeyd edilib ki, FOX Türk kanalı digər bir TV kanal ilə əvəz olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru