MTN-nin azadlıqda olan istintaqçısından şikayət – SAHİB ƏLƏKBƏROV VƏTƏNDAŞIN PULUNU NECƏ ALIB?

24-04-2017, 19:00           
MTN-nin azadlıqda olan istintaqçısından şikayət – SAHİB ƏLƏKBƏROV VƏTƏNDAŞIN PULUNU NECƏ ALIB?
Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küşəsi, ev 4, mən. 6 ünvanında yaşayan Bağırov Qulam Davud oğlu Baş prokuror Zakir Qaralova Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisinin müavini Sahib Ələkbərovdan şikayət edib.
Şikayətinin bir surətini Gununsesi.info-ya təqdim edən vətəndaş MTN-dəki mütəşəkkil cinayətkar dəstənin, xüsusilə, Sahib Ələkbərovun onun başına gətirdiklərindən yazıb.
Xatırladaq ki, Sahib Ələkbərov həbs edilsə də sonradan azadlığa çıxa bilib.
Vətəndaş şikayət ərizəsində yazır:

MTN-nin İstintaq İdarəsinin keçmiş şöbə rəisinin müavini Ələkbərov Sahib Yunis oğlu 2009-cu ilin noyabr-dekabr aylarında mənə hədə-qorxu gələrək, külli miqdarda pul tələb etmiş və sonradan hədə-qorxu ilə məndən 135 000 (yüz otuz beş min) ABŞ dolları pul almışdır.
Mənim həmin məbləğdə pulum olmadığına görə Sahib Ələkbərova onun tələb etdiyi pulu vermək üçün, mənim Badamdar qəsəbəsində yerləşən, yeni tikilidə olan üç otaqlı mənzilim, Mersedes markalı 10 EE 445 dövlət qeydiyyat nişanlı avtomobilim, həyat yoldaşımın və anamın bütün qızıl-zinət əşyaları satılmış və əldə edilən məbləğ bəs etmədiyinə görə, əlavə olaraq külli miqdarda da borc alınaraq ona verilmişdir.
Beləki, MTN-nin toplayaraq Səbail RPİ-nə göndərdiyi materiallar əsasında Səbail RPİ-nin İŞ-də 11999 saylı cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə uzun müddətli istintaq hərəkətləri aparılmış və mənim əməlində cinayət tərkibi olmadığına görə başlanmış cinayət işinə müstəntiq tərəfindən 26 fevral 2009-cu il tarixdə xitam verilmişdir. Təxminən 2009-cu ilin oktyabr ayının axırı, noyabr ayının əvvəlində özünü MTN-nin müstəntiqi kimi təqdim edən Sahib Ələkbərov məni MTN-nə çağırdı. Mən MTN-nə getdim. Sahib Ələkbərov mənə bildirdi ki, Səbail RPİ-də olan cinayət işini tələb edibdir, cinayət işinə xitam verilməsi barəsindəki qərarı ləğv edib məni ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edəcəkdir. Mən ona heç bir cinayət törətmədiyimi bildirdim. Bundan sonra o cinayət işini ləğv etməmək və məni məsuliyyətə cəlb etməmək üçün məndən 200 000 ( iki yüz) manat pul tələb etdi. Mən göstərilən məbləğdə pulumun olmadığını bildirdim. Məni evə buraxdı və yaxşı fikirləşməyimi tapşırdı. Bir neçə gündən sonra S.Ələkbərov məni yenidən MTN-nə çağırdı və pulu təşkil edib-etmədiyimi soruşdu. Mən ona cəmi 5 000 (beş min) manat düzəldə biləcəyimi və başqa pulumun olmadığını bildirdim. S.Ələkbərov “ nə 5 000 manat, bura sənin üçün polis bölməsidir” deyərək, məni hədələməyə başladı. Mən bir daha ona 200 000 manatı düzəldə bilməyəcəyimi bildirdim. Bundan sonra, S.Ələkbərov 14 noyabr 2009-cu il tarixdə məni CM-nin 204.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək məni həbs etdi. Mən həbsdə olduğum müddətində o, mütəmadi olaraq, mənə hədə-qorxu gələrək, mən ağır cəza verdirəcəyi ilə hədələyərək məndən külli miqdarda pul tələb etməyə başladı. Məndən qardaşım Bağırov Sərdarın telefon nömrəsini götürdü. Bir müddətdən sonra bildirdi ki, mənim həbsdən azad edilməm və barəmdəki cinayət işinə xitam verilməsi üçün külli miqdarda pul lazımdır. Mən yenə də pulumun olmadığını bildirdim. O, qardaşımla görüşdükdən sonra mənə bildirdi ki, qardaşımda da pulu yoxdur. Sonra o hədə-qorxu ilə tələb etdi ki, pul verilməsə həbsdə saxlayacam. Bundan sonra ailəmiz S.Ələkbərovun məni həbs etməsi və mütəmadi olaraq hədə-qorxu gəlməsinə görə məcbur olub mənim Badamdar qəsəbəsindəki üç otaqlı mənzilimi ucuz qiymətə, 48 000 ABŞ dollarına satmışdırlar. S.Ələkbərov həmin məbləğın cox az olduğunu bildirərək ələvə pul tələb etmişdirlər. Bundan sonra mənim 10 EE 445 dövlət qeydiyyat nişanlı Mersedes markalı avtomobilim, anamın və həyat yoldaşımım bütün qızıl-zinət əşyaları satılmışdır. Toplanan məbləğin az olduğunu bildirən Sahib Ələkbərovun hədə-qorxusu altında ailə üzvlərim əlavə olaraq külli miqdarda borc pul alaraq, ümumilikdə 135 000 ABŞ dolları düzəldə bilmişdirlər. Bundan sonra S.Ələkbərov mənə bildirdi ki, məni həbsdən azad edir və cinayət işinə xitam verəcəkdir. 14 dekabr 2009-cu il tarixdə mənim barəmdəki həbs qətimkan tədbiri ləğv edildi. Bir müddətdən sonra S.Ələkbərovdan söz verdiyi kimi, başladığı cinayət işinə xitam verilməsini tələb etdim. Ancaq o verilən məbləğın az olduğu üçün cinayət işinə xitam verilməyəcəyini bildirdi. Belə olanda mən ondan aldığı külli miqdarda pulu geri tələb edərək bildirdim ki, mən və ailəm onun külli miqdarda aldığı pula görə çətin vəziyyətə düşübdür. S.Ələkbərov bildirdi ki, başqa yolu yoxdur. Tapşırarıq məhkəmədə səni tutmasınlar. Bildirdi ki prokuroluq və məhkəmələr onların tapşırıqlarını yerinə yetirirlər və MTN-dən qorxurlar.
S.Ələkbərova pulu mənim qardaşım Bağırov Sərdar Davud oğlu Nərimanov heykəlinin yanında Sahibi Ələkbərova məxsus “MİTSUBİSHİ PAJERO” markalı avtomobilində vermişdir.
Beləliklə, S.Ələkbərovun qanusuz hərəkətləri və hədə-qorxu ilə tələb edərək aldığı külli miqdarda pula görə, mən və eləcədə ailəm həddindən artıq çıxılmaz vəziyyətə düşdük.
S.Ələkbəropv öz qanunsuz başladığı cinayət işini ört-basdır etmək üçün, mənim barəmdəki cinayət işini heç bir aidiyyatı olmayan, tanımadığım başqa adamların cinayət işinə birləşdirərək məhkəməyə göndərmişdir. Beləliklə də mən S.Ələkbərovun qanunsuz hərəkəti nəticəsində əsassız olaraq məhkum edildim.
Müraciətinin sonunda vətəndaş MTN-nin İstintaq İdarəsinin şöbəsinin rəisinin müavini Ələkbərov Sahib Yunis oğlunun cinayət məsuliyyətinə cəlb edilməsini və ondan hədə-qorxu ilə aldığı 135 000 (yüz otuz beş min) ABŞ dolların qaytarılmasını tələb edir.
Gununsesi.info şikayətlə bağlı Sahib Ələkbərovun özü ilə danışa bilib. Sabiq MTN istintaqçısı barəsində yazılanların doğru olmadığını deməklə kifayətlənib.
Mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.