"Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" sərəncam dəyişdirildi

7-08-2017, 23:35           
"Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" sərəncam dəyişdirildi
Prezident İlham Əliyev "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

teref.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 645, № 8, maddələr 723, 731; 2009, № 6, maddələr 419, 421, № 12, maddə 1029; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2013, № 12, maddə 1556; 2014, № 11, maddə 1414; 2016, № 5, maddə 907, № 6, maddə 1172; 2017, № 1, maddə 82, № 5, maddə 858) Əlavə 3 - "Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları"nda aşağıdakı dəyişikliklər edilsin:

"İnzibati vəzifələrin təsnifatı üzrə:" hissəsinin "Yeddinci təsnifat" bəndinə "Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:" yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilir:

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:

rəhbər

365

rəhbərin müavini

345

sektor müdiri, baş mühasib

315

baş məsləhətçi

290

böyük məsləhətçi

285

aparıcı məsləhətçi

280

məsləhətçi

275

Yardımçı vəzifələrin təsnifatı üzrə:" hissəsinin "Dördüncü təsnifat" bəndinin birinci abzasına üçüncü halda "bölmələrində," sözündən sonra "yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda," sözləri əlavə edilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru