HƏKİM CİNAYƏTİNİN İZİ İLƏ - BAKU MEDİKAL PLAZANIN GİNEKOLOQU GÜLANAR MƏMMƏDOVA FACİƏ TÖRƏTDİ.

18-09-2017, 18:35           

Mətləbə keçməzdən əvvəl hidrosefaliya xəstəliyi barədə məlumat yazım.
teref.az yazır ki, uşaqlarda kəllədaxili təzyiqin (KDT) artması səbəblərindən biri hidrosefaliyadır. Hidrosefaliya beyin mədəciklərində serebrospinal mayenin (likvor) normadan artıq həcmdə toplanması səbəbindən baş verir. Bu hal mədəciklərin genişlənməsinə və sonradan isə beyinin inkişaf patologiyalarına gətirib cıxarır. Hidrosefaliya anadangəlmə və qazanılma olur. Ana bətnində olarkən əmələ gələn anadangəlmə hidrosefaliyanın səbəbləri müxtəlif infeksiyalar (sitomeqalovirus, sifilis, toksoplazmoz, kəskin virus infeksiyaları, məxmərək və s.), eləcə də beyinin inkişaf güsurlarıdır. Ağır doğuş travması zamanı mədəciklərarası sahədə baş verə bilən qansızmalar da anadangəlmə hidrosefaliyaya səbəb ola bilər.
Keçək əsas məsələyə. 3 uşağını itirmiş Samirə Baxşıyeva Baku Medikal Plazada Gülnar Məmmədovaya müraciət edir. Həkim ginekoloq ona deyir ki, - arxayın ol mən səni müalicə edəcəm və bu dəfə sənə sağlam uşaq verəcəm. Beləliklə Samirə Baxşıyeva 3 il Gülnar Məmmədovanın yanında müalicə alır. Nəhayət 3 ildən sonra hamilə qalır. Hamiləliyini çox ağır keçirdir. Hər dəfə həkimə deyəndə ki özümü pis hiss edirəm, uşağın başı böyükdür, mən bunu hiss edirəm. Gülnar həkim isə onu sakitləşdirərək hər şey yaxşıdır, uşaq da sağlam doğulacaq. Ona külli-miqdarda dərman da yazır. Mən Samirənin atasından hansı aptekdən dərmanları aldığını da öyrəndim. Aptekçi Nurlan dedi ki, bu kişi vaxt olub 1 gün ərzində məndən 1300 manatlıq dərman alıb. Samirə Baxşıyeva dəfələrlə həkimə dərmanların köməyi olmadığını desədə, həkimi Gülnar Məmmədova ona, – sən dərmanları qəbul et kömək edəcək. Həkim Samirənin bətnində su bulanmağa başlandığını və uşağın düşmə təhlükəsi olduğunu da bildirir. Ancaq Gülnar Məmmədova Samirəyə,- narahat olma, sənə maz yazacam bunu da et və 1 aydan sonra gəl səni yenidən müayinə edəcəm. Bir aydan sonra yəni 23.02.2016-cı ildə həkimin qəbuluna gedir, Gülnar Məmmədova adəti üzrə onu yenə uziyə göndərir. Uzi həkimi Samirəyə baxmağı ilə ona- sən dərhal stola çıxarılmalısan 2 barmaq açılış var.
Samirəni dərhal stola çıxardırlar və keysəriyyə əməliyyatı ilə körpəni götürürlər. 3 gündən sonra həkimlər bildirirlər ki uşağın beyninə qan sızıb, təcili başında cərrahiyyə əməliyyatı apararaq drinaj qoymaq lazımdır. (Tehranda isə uşağa baxarkən həkim deyir ki, drinaja ehtiyac yox idi.Körpələrdə belə hal olur, biz o qan laxtasını şprislə çəkirirk. 3 günlük uşağın başına drinaj qoymaq qəti qadağındır və olmaz. ) Anaya uşağın 46 gün küveyzdə saxlanacağını desələr də 3 gündən sonra uşağı küveyzdən götürürlər.
Həmin klinikanın baş direktoru Pərviz Şükürov, körpənin həyatını təhlükə altında qoyaraq küveyzdən çıxardıb OMD-yə göndərir. (Ailəni 3 il ərzində müflis edən klinikaya pul ödəyə bilmədiklərinə görə.)Həkimlər Hikmət Şəkərov və Coşğun Məmədov körpəyə drinay qoymamalı idilər. Drinaja görə 2 min manat pul alırlar, körpənin başına isə infeksiya salırlar.
Baxşıyevlər ailəsi Baku medikal plazaya əməliyyat üçün 9.450 manat pul xərcləmişlər, bundan başqa İran Respublikasına aparıb- gətirilməsi və orada olunmuş əməliyyat və müalicələr üçün 6.000 dollar və xeyli miqdarda manat hesabı ilə, ümumilikdə 3 il müalicələri saymadan 23.000 manat pul xərcləmişlər. Avqust ayında isə Fatimənin başındakı şunt işləmədiyi üçün 5500 manat Ərdəbildəki klinikaya ödənilərək yeni şunt qoyulur. Fatiməni müalicəsi hələdə davam edir. Ailəni müflis edən Baku medikal plazanın həkimi Gülnar isə dedi ki, mən o ailəyə kömək etməyəcəyəm, onlar çörək itirəndilər. Maraqlıdır ailəni çörəksiz qoyan həkim niyə belə düşünür. Axı o samirəyə sağlam uşaq doğuracağınlı vəd etmişdi. Öz sözünü nə tez unutdu.
Bu ailə üçün hal-hazırda yardımsevərlər tərəfindən internetdə uşağın şəkillərini paylaşaraq yardımlar toplanılır ki, uşaq ölməsin. Son əməliyyatın pulunu Gülşən İsmayılova adında yardımsevər qız paylaşaraq toplayıb verir.
Mən şəxsən İranda bu ailənin yanında oldum. Həkimlərə birlikdə getdik. Analizlər götürülən zaman İranın həkimi dedi ki, burada qohum gənclər evlənəndə onların hərəsinə bir iynə vururuq. Beləliklə onların uşaqları sağlam doğulur.
Məlumat üçün deyim ki, uşaqların xəstə doğulmasının səbəbi, gənclərin zaqsa getməzdən əvvəl qanlarının yoxlanması mütləqdir. Gələcəkdə doğulan körpələr sağlam doğularlar.

Sonda yardım etmək istəyənlərin nəzərinə:- valideynlərin telefon nömrəsinidə qoydum. Özünüz zəng edib əlaqə saxlayaraq bu ailə ilə tanış ola bilərsiniz. Anası Samirə:-050-607- 78-22. Atası Məhəmməd:-050-535-88-51.
Million: Bank Xidmetleri. Bank Respublika.
Bank hesabi:380194403256430202
Sexsiyyet seriye. nom:16336819:

18 sentyabr 2017
Tahirə Ağasiyeva.
teref.az




HƏKİM CİNAYƏTİNİN İZİ İLƏ - BAKU MEDİKAL PLAZANIN GİNEKOLOQU GÜLANAR MƏMMƏDOVA  FACİƏ TÖRƏTDİ.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.