İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20-09-2017, 08:42           
İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"
"Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətlə bağlı uğurlarımızı təsvir etmək, bu barədə danışmaq üçün çox vaxt lazımdır".
"Report" Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu sözləri dövlət başçısı çıxışı zamanı bildirib.
"Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətlə bağlı uğurlarımızı təsvir etmək, bu barədə danışmaq üçün çox vaxt lazımdır. Sadəcə bir misal gətirmək kifayətdir aydın olsun ki, bu siyasət nə dərəcədə uğurludur – Azərbaycan 155 ölkənin dəstəyi ilə dünyanın ən ali, ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, xarici siyasətimizin zirvəsidir", - deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru