Xədicə İsmayıl müxalif jurnalistlərə söz atdı– “Ölkədən qaçmış başdanxarablar…”
30-09-2017, 20:59
Jurnalist Xədicə İsmayılın son zamanlar xarici dairələrdən ard-arda mükafat alması müxalif düşərgədə olan bir çox digər jurnalistlərin qəzəbinə səbəb olub.
Avropa.info xəbər verir ki, müxalif jurnalist Hafiz Babalı facebook-da yazdığı statusunda Xədicə İsmayıla verilən mükafatların əslində jurnalistikada olan xidmətlərinə görə deyil, xaricdə olan dostlarının dəstəyi ilə aldığını deyib. Xədicə İsmayılın özünün korrupsiya ilə məşğul olduğunu qeyd edən Babalı, onun jurnalistika qaeşısında bir çəpər olduğunu bildirib.
Müzakirələrə qoşulan Xədicə əvvəlcə xislətinə yad bir şəkildə Hafiz Babalıya mükafat almaqda yardımçı olacağını vəd etsə də, jurnalist buna sərt reaksiya verib.
“Əziz Xədicə, mən mükafat xəstəsi deyiləm. Yazdıqlarıma görə də az, cox qonararımı alıram. Mənə bəs edir. Sadəcə, dostlarına arada de ki, Azərbaycanda başqa cəsarətli jurnalistlər də var. Bunu etmirsən. Mənim tanıdılmağım üçün isə heç nə etməməyini xahiş edirəm”.
Bundan sonra, əsl üzünü göstərən Xədicə, Hafiz Babalını və digər müxalif jurnalistləri qorxaqlıqda ittiham edərək, onları “başdanxarab” adlandırıb.
“Mən iş yerimdə problemlər başlayan kimi, hədəfə düşən kimi ölkədən çıxıb getsəydim, yaxud imzamı yazılara qoymaqdan çəkinsəydim, yəqin heç yerdə tanınmazdım”.
Lakin Hafiz Babalı da Xədicəyə tutarlı cavab verib: “Mənim bu statusumda vermək istədiyim əsas mesajı da tutmamış deyilsən: sən bilərəkdən, ya bilməyərəkdən mübariz jurnalistikanın qarşısında mayak deyil, bir çəpərsən. Xətrinə dəysə də, də dəyməsə də, reallıq budur.”
Fizulu Dehqanini adlı şəxsin “Fritt Ord Fondunun Azərbaycan adına “Meydam TV” -yə mükafat verməsi düz mütənasibliyi pozur” deməsi isə qalmaqalı daha da böyüdüb: “Burda həyatı təhlükə altında fəaliyyət göstərən jurnalistlər daha layiq idi o mükafata. Nəinki Almaniyada rahat jurnalistika ilə məşğul olanlar”.
Müzakirəni Hafiz Babalı hamını bildiyi həqiqəti açıq şəkildə yazmaqla bitirib.
“Xədicəyə paxıllıq və qibtə etmirəm. Sıradan jurnalistdir. Sadəcə, sizin kimi dəstəkçisi çoxdur”.
teref.az