Kürün suyu yarım metrə qədər azaldı

3-10-2017, 09:46           

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 150-230, Lənkəran-Astara bölgəsi çaylarında 60-65, Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumatda bildirilib ki, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 18,5 m3/s olmaqla, ongünlük normanın 19 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 96 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2sm, Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 18 sm azalma qeydə alınıb, lakin Salyanda 8 sm, Bankə məntəqəsində isə 20 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2016-cı il oktyabrın 02-də 498 sm),Şirvanda 259 sm, Salyanda 205 sm (2016-cı il oktyabrın 02-də 340sm), Bankədə 205 sm (2016-cı il oktyabrın 02-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il oktyabrın 02-də 214 sm) təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.