Erməni ekspertin Naxçıvan iştahası və … qəzəbi: “Naxçıvanda yerləşdirilmiş Rusiya silahları hətta İrəvanı vura bilər” – TƏHLİL
10-10-2017, 12:26
Naxçıvan MR ərazisində hərbi təlimlər
Aykazn Qagikyan
lragir.am (Ermənistan), 09.10.2017
Ermənistan parlamenti keçən həftə Rusiyann Gümridəki 102-ci bazası və Ermənistanın 5-ci ordu korpusunun daxil olduğu birləşmiş Ermənistan-Rusiya qruplaşması haqda sazişi təsdiq edib. Saziş qruplaşmanın fəaliyyəti, idarəçiliyi və s.-nin şərtlərini tənzimləyir. Müxtəlif cür yozula biləcək maddələr var, xüsusən də fikir var ki, saziş Ermənistan ordusunun imkanlarını məhdudlaşdırır.
Rusiya ekspertləri qeyd edirlər ki, birləşmiş qruplaşma Ermənistanın müdafiəsi, xüsusən də Türkiyə və Naxçıvan tərəfdən təhlükələr üçün üçün nəzərdə tutulub. Rusiya ekspertin Yevseyev deyir ki, Rusiya gərəkdiyi halda hərbi iştirakını artıra bilər. Həm də Gürcüstan üzərindən dəhliz bağlansa, Rusiya hərbi iştirakı artırmaq üçün Ermənistan-İran sərhədindən yararlanacaq, bununla da Türkiyə və Naxçıvan tərəfdən təhlükələr aradan qalxacaq.
Türkiyə Naxçıvanda siyasi, iqtisadi və hərbi iştirakını artırmağa başlayandan sonra bu ərazi Rusiya ekspert cəmiyyətinin diqqət mərkəzində görünür. Bir sıra təlimlər baş tutub, Naxçıvanda faktiki olaraq türk mtəxəssislərin “komanda” verdiyi əlahiddə ordu yaradılıb. Naxçıvanda Rusiyanın müasir silahları yerləşdirilib, ekspertlərin fikrincə, bu silahlar hətta İrəvanı vura bilər.
Bundan başqa, Türkiyə Naxçıvanda ticarət təmsilçiliyi açaraq oranı iqtisadiyyatca intreqrasiya etməyə çalışır.
Naxçıvanın indiki statusu keçən əsrin əvvəlində Rusiya-Türkiyə Qars müqaviləsi ilə müəyyən olunub və o, “Azərbaycanın protektoratı altında” muxtar vilayət adlanır. Yəni o, Türkiyə və Rusuiyanın zamin durduğu protektoratdır. Rusiya faktiki olaraq Naxçıvanı ikinci dəfə “təhvil verir” – bu dəfə Azərbaycandan Türkiyəyə.
Naxçıvan özəl bir bölgədir. Bu, bölgənin açılmasına imkan verməyən, Rusiya-Türkiyə status-kvosunun məntiqində Ermənistanın təcridini təmin edən böyük bir tıxacdır.
Naxçıvan nəzəri olaraq “açılsa”, köhnə kommunikasiyalar fəaliyyətə başlayacaq, yeniləri isə bölgəni Avropa ilə bağlayan marşrutlar qazana bilər. Bu, Rusiya-Türkiyə status-kvosu və Qafqazda indiki təhükəsizlik sisteminin sonu ola bilər.
Türkiyə Suriya böhranından sonra arxa cəbhəsini möhkəmlətməyə çalışaraq Naxçıvanda hərbi iştirakını çoxaldıb.
Hazırda 1920-ci illər siyasətinin bəhrəsinin “dadına baxan” Rusiya Naxçıvanı Ermənistan-Rusiya qruplaşması ilə “qorumağı” qət edib. Hansı məqsədlə – “tarixi yanlışlığı düzəltmək”, yoxsa Qars müqaviləsini “möhkəmlətmək” üçün?
Tərcümə Strateq.az-ındır.