Prezident keçmiş səfiri nazir təyin etdi - YENİ NAZİR KİMDİR?

12-10-2017, 21:21           
Prezident keçmiş səfiri nazir təyin etdi - YENİ NAZİR KİMDİR?
Azərbaycanın yeni energetika naziri təyin edilib.

DİA.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin edilib.

Azərbaycanın Almaniyadakı səfiri olmuş Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.
Səfir ingilis, alman və rus dillərini bilir.
DİA.AZ saytının məlumatına görə, Almaniyadakı səfir Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.