teref.az olaraq ünlü jurnalist El Dəniz El Günün Prezidentə müraciətini sizə təqdim edirik: Prezident İLHAM ƏLİYEVƏ MÜRACİƏT Azərbaycanda ən çox inandığım general, Ramil Usubovdu. Bir nazir olaraq Heydər Əliyevə, bu gün prezidentim,Siz İlham Əliyevə sədaqətini göstərir. Amma ayıb olsun ki, GENERALIN xidməti adi anlarla gülünc həddə salınır. Deməli 102 xidmətinə müraciət edirəm və məni Nəsimi rayon polis idarəsinin müvafiq şöbəsi ilə calaşdırırlar. 1 saat keçəndən sonra mənlə danışan mayor deyir: -"Niyə tələsiyirsiniz,problem varsa gəlin ərizə yazın". Deyirəm bəlkə ölüm hadisəsi olub. Cavabı budu- " Vaxt olsa yarım saatdan sonra adam göndərərik". Cənab PREZİDENT, bürokratik əngəlləri aradan qaldırmaq üçün etdiyinizin qarşılığı budumu? Cənab nazir, mükəmməl sistem yaratsanızsada bax belə nəticə də olur.