Bakıda gömrükçülər həbs edildi – aralarında deputatın qohumu da var

16-10-2017, 11:19           
Bakıda gömrükçülər həbs edildi – aralarında deputatın qohumu da var
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıqda şübhəli bilinən şəxslər saxlanılıb. Istiqlal.az-a daxil olan məlumata görə saxlanılan şəxslər arasında deputat Elmira Axundovanın yaxın qohumu Azad Abdullayev, Peyman adlı İran vətəndaşı və bir neçə gömrükçü də var.
Deputatın yaxın qohumu Masallı rayonun Mollaoba kəndindəndir. Sovetlər dönəmində Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı olub. Azərbaycan müstəqillik qazanandan sonra bu kombinat dağılıb. İndi ölkədə zəli tədarükü lisenziyalaşdırılmış fəaliyyət növlərindədəndir. Deputatın qohumunun zəli qaçaqçılığına göə saxlanılması rayonda da bir mənalı qarşılanmayıb. Belə xəbərlər var ki, A.Abdullayev rəsmi sənədləşmədə göstəriləndən qat-qat artıq zəli tədarükü ilə məşğul olub və buna görə də istintaqçıların diqqət mərkəzinə düşüb. A.Abdullayevin sosial şəbəkədəki profilində onun zəli işinə yaxınlığına dəlalət edən fotolar, uyğun şərhlər də var. Belə anlaşılır ki, A.Abdullayev bu sahənin bilicilərindədndir. Həmin fotoların da bir neçəsini təqdim edirik.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru