"Bele gedişlə milli iqtisadiyyat böhranın, vətəndaşlar isə borcun içində çabalayacaq"

16-10-2017, 11:57           
"Bele gedişlə milli iqtisadiyyat böhranın, vətəndaşlar isə borcun içində çabalayacaq"
Oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Həmin toplantıda səslənməyən, lakin nəinki təqdimatı, hətta müzakirəsi də vacib olan bir sıra məqamlara diqqətinizi çəkmək istərdim.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2017 -ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM-0,6 faiz, əhalinin hər nəfərinə düşən ÜDM - 1,6 faiz, neft ÜDM-i - 6,5 faz, sənaye mallarının istehsal - 5,3 faiz, mədənçıxarma sənayesində istehsal 5,7 faiz, neft hasilatı 8,0 faiz,
əmtəəlik qaz hasilatı isə 3,4 faiz, istehsal vasitələrinin istehsalı 38,9 faiz, enerji məhsullarının istehsalı 6,6 faiz, emal sənayesi istehsalı 4,4 faiz. qənd və şəkər tozu istehsalı isə 46,2 faiz azalıb. azalıb, kredit qoyuluşları 26,5 faiz aşağı düşüb. Büdcənin icrasında 538,7 milyon manatlıq kəsir yaranıb.

Vaxtı keçmiş kreditlər 14,5 faiz, istehlak qiymətləri indeksi 13,9 faiz artıb. Hər bir dövrə yekun vuranda, onu bir prizmadan deyil, hərtərəfli və gerçək şərh edəndə həqiqət aşkar olunur, problemlərin həlli yolları aranır və inkişaf üçün də yollar açılır. Təəssüf ki, biz irəliyə getmək əvəzinə 30-40 il geriyə qaydırıq. Bir vaxtlar, ötən əsrin 80-ci illərinin sonunda Sovetlər İttifaqı və dünya sosializm sistemi özünün ən ağır böhranlı mərhələsini yaşayırdı. Uzun illər boyu üst-üstə yığılan problemlər artıq çox kəskin şəkildə sovet sosialist sistemini zəiflədirdi. Amma, Sovet rəhbərliyi yalnız positiv notlu çıxışlar etməklə işlərini bitmiş hesab edirdilər. Lakin, çox keçmədi ki, nəinki sovet ittifaqı, həm də sosialist düşərgəsi dağıldı.
Azərbaycan iqtisadiyyatının köklü problemləri islahatlar yolu ilə həll olunmayınca oxşar təhlükə bizi də gözləyir. Belə gedişlə milli iqtisadiyyat hələ uzun müddən böhranın, vətəndaşlar isə borcun içində çabalayacaq.

Qubad İbadoğlu, tanınmış iqtisadçı alim












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.