"Qanun" Nəşriyyatı Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib

19-10-2017, 17:44           
"Qanun" Nəşriyyatı Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib
"Qanun Nəşriyyatı" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib.

Qlobal.Az xəbər verir ki, bu barədə "Report"a MMC-nin nümayəndəsi Müzəffər Baxış bildirib.

Onun sözlərinə görə, "Qanun Nəşriyyatı" MMC-nin iki kitabı 2015-ci ildə Dövlət Gömrük Komtəsində saxlanılıb: ""Qanun Nəşriyyatı" tərəfindən Sevinc Telmanqızının "Xatirələrin işgəncəyə döndüyü yer" və rus ədəbiyyatından "Toz ağacını sevən rus" kitabı daha keyfiyyətli olması üçün Türkiyədə çap edilib, lakin sərhəddən keçirilən zaman Dövlət Gömrük Komtəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar 2000 ədəd kitabı saxlamalarına səbəb gətirərək bildiriblər ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN ləğv olunmazdan əvvəl) icazə vermir. Lakin MTN-in bu məsələyə heç bir aidiyyatı yoxudur. Hazırda həmin kitablar qanunsuz olaraq Bakı Baş Gömrük İdarəsində saxlanılır. Biz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək həmin kitabların qaytarılmasını tələb edirik".

M.Baxış qeyd edib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddialar ayrıca icraata götürülüb: ""Toz ağacını sevən rus" kitabı üzrə məhkəmə baxışı dekabrın 5-nə təyin edilib. "Xatirələrin işgəncəyə döndüyü yer" kitabı üzrə məhkəmədə isə ekspertiza təyin olunub, lakin hələ ekspertiza rəyi alınmayıb".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.