Bu gün Türkün böyük sərkərdəsi Nadir şah Əfşarın doğum günüdür
22-10-2017, 12:22
Teref.şinfo - Nadir Şah; 22 oktyabr 1688 – 19 iyun 1747) – Azərbaycan, Türküstan və Hindistanın şahı (1736-1747) və türk-soylu əfşarlar sülaləsinin banisi. Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət xadimi. Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər vermişlər.
Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması bütün aydınlığı ilə sübut edir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biridir. O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkər də lə - rinin Asiyadakı uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyük fatehi kimi bir ad qazanmışdı. Bu insanın heyrət doğuracaq fəaliyyəti elə indinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi və müraciət etdiyi qiymətli bir mirasdır.Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmun gətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna çevrilməklə hərbi peşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi. Nadir şah üçün mümkünsüz olan bir hərbi tapşırıq yox idi. Hətta insan zəkasının təsəvvür edə bilmə yəcəyi qərarları qəbul edərək onların icrasında çox böyük məharət, ustalıq və əzmkarlıq nümayiş etdirən Nadir şah müasirləri üçün əlçatmaz olan məqsədlərə çox asanlıqla çatırdı. Məhz bunun nəticəsi idi ki, Nadir şah Səfəvi dövlətinin az qala yarıya qədər əldən getmiş ərazilərini geri qaytardı, Yaxın Şərqi öz imperiyasına qatmış Osmanlı dövlətinin hərb maşınının qarşısını saxladı, sürətlə güclənməkdə olan Rusiya dövlətini onunla hesablaşmağa məcbur etdi, Hindistanı, Əfqanıstanı və Türküstanı fəth etdi və özünün yeni imperiyasını yaratdı.
Nadir şahın həyata keçməyən arzularından biridsə türk dövltləri ( Osmanlı və Əfşar ) arasında olan məssəb ayrılığını aradan qaldırmaq idi. Buna görə o dəfələrlə Osmanlı sultanına məktublar yazmış və təkliflər etmidi.
Tanrı ruhunu şad etsin!
teref.az