Azərbaycanlı ana üç övladı ilə birlikdə Suriyadakı bombardımanlar zamanı öldü-SON DƏQİQƏ

28-10-2017, 01:30           
Azərbaycanlı ana üç övladı ilə birlikdə Suriyadakı bombardımanlar zamanı öldü-SON DƏQİQƏ
Azərbaycanlı ana üç övladı ilə birlikdə Suriyadakı bombardımanlar zamanı öldü!!
teref.az yazır ki, “Şimal xəbərləri”qəzetinin Xaçmaz rayonunun Molla oba kənd sakinlərindən aldığı məlumata görə, həyat yoldaşı Cavid və üç övladı ilə birlikdə Suriyada olan kənd sakini Ülviyyə(soyadı dəqiqləşdirilməyib) bu yaxınlarda bombardımanlar zamanı 15, 12 və 10 yaşlı uşaqları ilə birlikdə ölüb. İnformasiyaya əsasən, bu ailə bir neçə ildir ki, Suriyada idi. Cavid və həyat yoldaşının radikal dindar olduqları və Suriyada İŞİD sıralarına qoşulduqları bildirilir. Məlumatda o da deyilir ki, hazırda Cavid itkin düşüb. Onun Suriyadakı başqa qruplaşma tərəfindən girov götürüldüyü də bildirilir.

Molla oba və Ülviyyənin doğulduğu Ağaşirin oba kənd sakinləri hadisədən xəbər tutduqdan sonra ölənlərin yaxınlarına başsağlığı veriblər. Onların içərisində rayonun başqa ərazilərindən gələn dindar qadın və kişilər də olub.

Bizi izləyən oxucularımıza oxucularımıza əlavə məlumat verəcəyik.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.