Ali Baş Komandana yeni səlahiyyətlər verilir - Dəyişiklik

30-10-2017, 19:03           
Ali Baş Komandana yeni səlahiyyətlər verilir - Dəyişiklik
Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Respublikasının Prezidenti) yeni səlahiyyətlər verilir.

teref.az-nun modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Müdafiə haqqında” Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əlavələr edilir.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Respublikasının Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Qanuna dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru