ABŞ-dan Bakıya gələn vətəndaşlarına ŞOK müraciət:“Azərbaycanda apteklərdən dərman almayın, tibbi əməliyyat etdirməyin!”

31-10-2017, 19:15           
ABŞ-dan Bakıya gələn vətəndaşlarına ŞOK müraciət:“Azərbaycanda apteklərdən dərman almayın, tibbi əməliyyat etdirməyin!”
ABŞ Azərbaycana səfər edən vətəndaşlarına ölkəmizdəki apteklərdən dərman almamağa çağırır.

Strateq.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsində yer almış xəbərdarlığında deyilir. Burada yerləşdirilmiş mətndə Azərbaycanda mövcud olan tibb sisteminin problemli və peşəkar olmaması vurğulanır: “Biz sizə əgər fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməməyi tövsiyə edirik”.

Müraciətdə ölkəmizdəki apteklərdə satılan dərmanların tərkibi də şübhə altına alınıb: “Azərbaycandakı apteklərdə dərmanların çoxu markaları və dozaları daşımadığından özünüzlə ABŞ-da reseptlə buraxılmış, orjinal qutusunda olan kifayət qədər lazımi dərmanlar götürün. Bu respeti sizin şəxsi həkiminiz tərəfindən səfəriniz üçün yazılmış olmalıdır”.

ABŞ idarəsi həmçinin Bakıda təcili və keyfiyyətli tibib xidmətin normal işləmədiyini qeyd edib: “Bakıda sutka ərzində beynəlxalq SOS siqnalı ilə yalnız bir tibbi klinika fəaliyyət göstərir. Bu klinika isə fövqəladə vəziyyətlər zamanı yalnız əhəmiyyətsiz tibbi problemləri həll edə bilir”.

Rəsmi mətndə deyilir ki, Azərbaycanda vərəm yayılıb. Həmçinin ABŞ vətəndaşlarına bütün lazımi peyvəndlərin vurulması xatırladılır: “Tibbi təxliyə üçün əlavə sığorta edilmənizi israrla tövsiyə edirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.