Mənsimovun FHN-ə verdiyi 4 milyonluq hədiyyə Bakıya gətirilib - FOTO

4-11-2017, 21:03           

Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupunun Fövqəladə Hallar Nazirliyinə (FHN) hədiyyə etdiyi “DeepFlight Super Falcon” sualtı qayıq artıq nazirliyin istifadəsindədir.

AzVision.az-ın məlumatına görə, “DeepFlight Super Falcon” sualtı qayığı Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Xəzər-2017” beynəlxalq təlimində nümayiş etdirilib.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında mənzillənmiş və özəl sualtı qayıqların istehsalı ilə məşğul olan “DeepFlight” şirkəti “DeepFlight Super Falcon” sualtı qayığını xüsusi sifariş əsasında istehsal edib. Sualtı qayıq böyük yaxtalardan və ya sahildən suya endirilə bilər. Tamamilə elektrik mühərrikləri ilə işləyir, heç bir səs çıxarmır, yüksək sürətlidir və bu keyfiyyətinə görə “sualtı qırıcı təyyarə” adı alıb.

Sualtı qayıq iki nəfərlikdir, dənizlərin və okeanların dibində 120 metr diametrdə zonanı müşahidə etməyə imkan verir.

“DeepFlight Super Falcon” sualtı qayığı yüksək komforta, təhlükəsizliyə və 360 dərəcə bucaq altında müşahidə aparmaq imkanlarına malikdir. Qayığın qiyməti 4 milyon manat civarındadır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru