Ramiz Mehdiyev MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin görüşündə məruzə ilə çıxış edib

22-11-2017, 19:29           
Ramiz Mehdiyev MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin görüşündə məruzə ilə çıxış edib
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada şəhərində keçirilən MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib.

APA-nın məlumatına görə, görüşdə MDB məkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, habelə Əfqanıstan İslam Respublikasında vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib, beynəlxalq terrorçuluğa qarşı mübarizənin bəzi aspektləri ilə bağlı məruzələr dinlənilib.

R. Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınması sahəsində Azərbaycanın müsbət təcrübəsi, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin hüquq mühafizə orqanları və xüsusi xidmətlərinin səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində R. Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyev, habelə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı ilə 2018-2019-cu illər üçün Əməkdaşlıq Planı imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru