Qulinin adamları hərəkətə keçdi - Daha bir ölkədə avtoritet savaşları qızışır VİDEO

20-01-2018, 13:31           
Qulinin adamları hərəkətə keçdi - Daha bir ölkədə avtoritet savaşları qızışır VİDEO
Quli ləqəbi ilə məşhur olan qanuni oğrusu Nadir Səlifovun klanı azərbaycanlı mühacirlərin Ukraynadakı bizneslərini idarə etmək üçün işə başlayıb.

GoldNews.az xəbər verir ki, Qulinin "agentəri" azərbaycanlıların restoranları və ticarət nöqtələrinin sahiblərinə yaxınlaşaraq əl çəkmədən onların biznesini ələ keçirmək üçün əllərindən gələni edirlər.

Ukranya Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin keçmiş rəhbəri Stanislav Reçinskiy Facebook səhifəsində yazıb ki, bu yaxınlarda həbsdən çıxmış Quli Ukraynada kriminal mühitə nəzarəti ələ keçirməyə iddialıdır. Onun bildirdiyinə görə, hal-hazırda Türkiyədə olan Nadir Səlifov Ukraynada qanunsuz fəaliyyətlərin təşkili üçün öz gizli agentləri vasitəsilə aktiv şəkildə kanallar axtarır.

Onun sözlərinə görə, Ukraynada kriminal təsir sahəsinin ələ keçirilməsinə səbəb ölkədə yaranan vəziyyət olub. Belə ki, hazırda ölkədə demək olar ki, nüfuzlu "qanuni oğrular" yoxdur. Sergey Lisenko əsas Moskvada fəaliyyət göstərir, Andrey Nedzelski Ukraynaya qayıtmağa qorxur, Serqo Qlonti (Quqa) isə deportasiya olunub. Qalanları isə ya çox qocalıb, ya da bütün Ukrayna səviyyəsində kriminal sahəyə nəzarət etmək üçün kifayət qədər nüfuza malik deyillər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.