20 Yanvar faciəsi – TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ!VİDEO

20-01-2018, 14:36           
20 Yanvar faciəsi – TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ!VİDEO
Sabah qanlı 20 Yanvar hadisəsinin növbəti ildönümüdür. Düz 28 il öncə Kreml başçılarının göstərişi ilə rus tankları Bakını qana boyamışdı. Düşmən bununla xalqımızın azadlıq əzmini qırmağa çalışsa da, Azərbaycanın qəhrəman oğul və qızları əliyalın rus tankının qabağına çıxaraq, öz həyatları bahasına dövlətimizin müstəqilliyini əbədiyyətə qovuşdurdu.
Üzərindən 28 il ötsə də, xalıqımız bu günü unutmur və tariximizin ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ olaraq hər zaman yad edir. İnanırıq ki, min illər keçsə də, Azərbaycan övladlarının bu qəhrəmanlıq səlnaməsi daima böyük fərəh hissi ilə xatırlanacaqdır.
Muxalifet.az-ın təqdim etdiyi bu qısa film də 20 Yanvar şəhidlərimizin qəhrəmanlığından bəhs edir və onların heç vaxt unudulmayacağının bariz nümunəsidir. Bu filmi hazırlayanlara dərin təşəkkürümüzü bildirərək, həmin görüntüləri dəyərli oxucularımızla bölüşürük. Buyurun, izləyin.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru