"25 nəfərin ölümünə səbəb olan "cinayətkar" mühakimə edilə bilməz" - VƏKİL

7-03-2018, 00:29           

Xəbər verdiyimiz kimi 2 mart tairixində, səhər saatlarında Respublika Narkoloji Mərkəzdə güclü yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər ölüb, 4 nəfər də yaralanıb. Bu gün Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb. Məlumatda bildirilir ki, hadisənin qəsdlə törədən Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulmuşdur. İlkin dindirilmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirmişdir.Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərmişdir.

Məsələ ilə bağlı BiG.AZ-a açıqlamasında vəkil Əsabəli Mustafayev qeyd edib ki, ilk öncə araşdırılmalıdır ki, həmin şəxs etdiklərininə görə məsuliyyət daşıya bilər ya yox: “Müəyyən olunsa ki, nə etdiyinin fərqində olub və nəticələrini də görə bilərdi. Artıq o, hüquqi məsuliyyətə cəlb ediləcək. Hüquqi məsuliyyətdə istintaqın gedişatında da bəlli olacaq ki, bu yanğın qəsddən törədilib və ya etiyatsızlıqdan olub. Bunu da istintaq müəyyənləşdirəcək”.
Vəkil vurğulayıb ki, təyin olunacaq maddədən sonra bilinəcək ki, həmin şəxsi necə il həbs gösləyir: “Ehtiyatsızlıqdan olubsa cəza bir az yüngül ola bilər. Amma qəsdən törədildiyi təsdiqlənərsə yanğını törədən şəxsə ömürlük həbs cəzası verilməsi gözləniləndi. Amma onun psixoloji problemi əgər sübuta yetirlsə mühakimə edilə bilməz. O, müalicə müəssisəsinə göndəriləcək. Əlbəttə bütün bunlar istintaqın gedişatında bəlli olacaq”.

Qeyd edək ki, Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunmuşdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.