Şinzo Abe ABŞ-na gedir - KXDR-lə bağlı məsləhətləş.mələr

9-03-2018, 10:56           
Şinzo Abe ABŞ-na gedir - KXDR-lə bağlı məsləhətləş.mələr
Yaponiyanın baş naziri cari ilin aprelində ABŞ-a səfər edərək Prezident Donald Trampla müzakirələr aparacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısı martın 9-da özü jurnalistlərə məlumat verib.

Baş nazir deyib: “Bizim prezident Donald Trampla telefon danışığımız olub. Apreldə ABŞ-a səfər edərək Şimali Koreya məsələsini Prezidentlə müzakirə etmək niyyətindəyəm”.

Baş nazir Şimali Koreyanın ritorikasında müsbət dəyişikliyə diqqət çəkərək, onun nüvə silahının ləğvinə hazır olmaq mövqeyi nümayiş etdiridyini qeyd edib. “Bu, beynəlxalq ictimaiyyətin Pxenyana göstərdiyi təzyiqin nəticəsidir”,- deyə Şinzo Abe bildirib.

Yaponiyanın baş naziri qeyd edib ki, nüvəsizləşdirmə istiqamətində Şimali Koreya konkret addımlar atmayınca, bu ölkəyə maksimum təzyiqlər davam etdiriləcək. “Yaponiya və ABŞ-ın bu mövqeyində heç bir dəyişiklik yoxdur və bu məsələdə biz Prezidentlə tamamilə həmrəyik”, - deyə Ş.Abe əlavə edib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, D.Tramp Ş.Abe ilə danışıqlar zamanı Şimali Koreya lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib. Baş katib, həmçinin qeyd edib ki, Baş nazirlə telefon danışığı zamanı ABŞ Prezidenti məsələdə tərəqqinin beynəlxalq ictimaiyyətin Şimali Koreyaya təzyiqləri nəticəsində mümkün olduğunu vurğulayıb.

Bu ərəfədə Cənubi Koreyanın Milli Təhlükəsizlik İdarəsinin rəisi Çon Iy Yon Ağ evin qarşısında jurnalistlərə deyib ki, D.Tramp mayda Kim Çen In ilə görüşə razılıq verib. Şimali Koreya lideri isə nüvəsizləşdirməyə hazır olduqlarını bəyan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.