Əflatun Amaşov Mətbuat Şurasının sədri seçildi - Yeni İdarə Heyəti formalaşdı - SİYAHI

10-03-2018, 19:21           

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib. Modern.az saytı xəbər verir ki, qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin tərkibi də genişləndirilib və 17 nəfərdən 23 nəfərədək artırılıb.

Beləliklə, Şuranın aşağıdakı tərkibdə İdarə Heyəti seçilib:


Əflatun Amaşov, Rəşad Məcid, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev (jurnalistlər), Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli (ictimaiyyət nümayəndələri), Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov (internet informasiya resursu təmsilçiləri).


Qurultay öz işini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru