İlham Əliyevdən Bəylər Eyyubova doğum günü hədiyyəsi – FOTO

11-03-2018, 13:40           

Bu gün Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik İdarəsinin rəisi general-polkovnik Bəylər Eyyubovun doğum günüdür.

teref.az xəbər verir ki, prezident İlham Əliyev də onu unutmayıb. Ölkə başçısı özünün Facebook hesabında Bəylər Eyyubovla atası, mərhum prezident Heydər Əliyevin birgə çəkilmiş fotosunu paylaşıb.

Fotonun altında yazılan rəylərdə Bəylər Eyyubov sədaqətli insan kimi xarakterizə olunub.

Qeyd edək ki, Bəylər Eyyubov 2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisidir. /Ölkə.Az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru