Mehriban Zeynalova 1200 azyaşlının abort olunması məsələsinə aydınlıq gətirdi

12-03-2018, 18:24           

teref.az olaraq yazır ki, təhsil eksperti Kamran Əsədovun son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını, abort etdirənlərin xüsusilə 9, 10, 11-ci sinif şagirdləri olduğunu söyləməsi müxtəlif reaksiyalara səbəb olub. Rəsmi qurumlar bu statistikadan tam imtina etdikləri halda, bəzi ekspertlər və QHT nümayəndələri hətta rəqəmlərin azaldıldığlnı vurğulayırlar. Bunları nəzərə alaraq obyektivliinə şübhə etmədiyimiz "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya bu rəqəmlərin yaratdığı ajiotajla bağlı sual ünvanladıq:
- Mehriban xanım təhsil eksperti Kamran Əsədovun son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını, abort etdirənlərin xüsusilə 9, 10, 11-ci sinif şagirdləri olduğunu söyləməsi böyük ajiotaj yaradıb! Hərə bir fikir söyləyir. Siz nə deyə bilərsinz?
Mehriban Zeynalova:
Mənim 1200 məktəbli ilə bağlı ajiotaja cavabım belə olacaq...
Məsələ ondadır ki bu rəqəm 5 il ərzində baş verənləri əhatə edir, 1 il yox.
İkinci bu rəqəmlərin açıqlamasının olmaması belə ajiotaj yaradır. Yəni nə qədər zorlanma, nə qədəri azad seksual münasibətlərdən, nə qədər erkən nikahdan yana aborta məcbur edilib...
Məsələnin bir tərəfidə, bu yaşda abortların da məcburi abort hesab edilməsidir. Yəni yetkinlik yaşına çatmayan uşaqların qəyyumu olan valideynlərin qərarı əsasında. O halda abort edən tərəf niyə bu ailəni Ailə Uşaq mərkzələrinə istiqamətləndirməyib.

Erkən nikahdan hamilə qalanların abort məsləsinə absurd baxıram. Çünki ənənəvi olaraq bizdə ilk uşağın abortu qəbul edilən deyil və nəzərə alsaq ki, erkən ərə verilən qızlar ailə içində yaşanması nəzərdə tutulur və həmin ailələr erkən abortun sonsuzluqla nəticələcəyindən qorxaraq abort etməz.
Nə qədər ki Statistka Komitəsi bu rəqəmlərin kateqoriyalarla bölgüsünü verməyəcək, belə ajiotaj olacaq.
Yeri gəlmiş, bu uşaqların hələ təhsil alıb almaması, onların məhz təhsil ocaqlarında təhsil prosesində abortu da sualdır və rəqəmlərin real təsviri (izahı) olmadan fərziyyələrlə danışmaqda qeyri peşəkardır.
Bu məsələlərdə ajiotajın son ünvanı isə qzı uşaqlarını təhsildən yayındırmaqda maraqlı tərəflərə hazır yem verilməsi də bir ayrı problemdir...
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.