İslamın düşməni və həzz verən İŞGƏNCƏLƏR – Oxuduqlarınız sizi DƏHŞƏTƏ GƏTİRƏCƏK

14-03-2018, 09:57           

ABŞ prezidenti Donald Tramp bu gün dövlət katibi postunda Reks Tillersonun əvəzinə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Maykl Pompeonun namizədliyini təklif etdi. Əgər Konqres onun namizədliyini təsdiqləyərsə, Quantanamoda işgəncələri dəstəkləyən, Edvard Snouden üçün ölüm cəzası istəyən və islamı Amerika üçün təhdid adlandıran kəşfiyyat şefi ABŞ-ın xarici siyasət idarəsinə rəhbərlik edəcək.

Amerika lideri öz qərarını bir sıra məsələlər, xüsusən, İranla imzalanan nüvə sazişi üzrə fikir ayrılıqlarının mövcudluğu ilə izah etdi. Tillerson Pompeodan fərqli olaraq, Trampın İranla bağlı siyasətini səhv adlandırırdı.

Berlin divarı patrul xidməti

Pompeo 1963-cü ildə Kaliforniya ştatında doğulub. Gəncliyində Uest-Poynt hərbi akademiyasına daxil olub və 1986-cı ildə akademiyanı qurtarıb. MKİ-nin saytında yerləşdirilən tərcümeyi-halına əsasən, sonradan orduda xidmətə başlayıb. O, hərbi xidməti Qərbi Berlində keçirib və Berlin divarının yığılmasına qədər “dəmir pərdə”də patrul xidməti aparıb. “Berlin divarı”nın yıxılması ilə onun hərbi xidməti başa çatıb.

Harvard hüquq məktəbində dərəcəni alan Pompeo biznesə başlayır. Əvvəlcə “Thayer Aerospace and Private Security” şirkətini yaradır, ancaq 2006-cı ildə şirkətdəki payını sataraq neft sənayesinə yönəlir və yataqların istismarı üçün avadanlığın istehsalı ilə məşğul olan “Sentry International” şirkətinin prezidenti olur.

2010-cu ildə Pompeo Kanzas ştatından Konqresə seçildi və Nümayəndələr Palatasında altı il işlədi. MKİ-nin gələcək direktoru kəşfiyyat üzrə xüsusi komitənin tərkibinə daxil idi və xüsusi halda, bilavasitə MKİ-nin işləri ilə məşğul olan yarımkomitənin iclaslarında iştirak edirdi.

Bundan başqa, Pompeo 2012-ci ilin sentyabrında Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə hücumun (Terrorçuların hücumu nəticəsində Amerika səfiri Kristofer Stivens öldürülmüşdü - red.) araşdırılması üzrə xüsusi komitənin üzvü idi. O, hücum haqqında informasiyaları gizlətməkdə ittiham olunan keçmiş dövlət katibi Hillari Klintonun ardıcıl tənqidçisi kimi məşhur oldu.

18 noyabr 2016-cı ildə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın MKİ-nin başçısı vəzifəsini tutmaq təklifini qəbul etdi.

Kökəlmişlərin “siyasi hiyləsi” və “vətənpərvərlər”

Pompeo Quantanamo həbsxanasının bağlanmasının əleyhdarı kimi məşhurdur. O, məhbuslar barəsində ikimənalı fikirləri ilə tanınmışdı. 2013-cü ildə həbsxanaya baş çəkən Pompeo aclıq elan etmiş məhbuslar barəsində bildirdi ki, onlar kökəlmiş görünürdülər və aclıq aksiyası sadəcə “siyasi hiylə”dir. Və 2014-cü ildə Konqresin yuxarı palatasının (Senat) kəşfiyyatı üzrə komitəsinin hay-küylü məruzəsi çıxdı. Məruzədə kiçik Corc Buşun prezidentliyi dövründə (2001-2009) MKİ bir sıra sui-istifadələr, işgəncələr, hakimiyyət və cəmiyyətə yalan məlumatlar verməkdə ittiham olunurdu. Amma Pompeo MKİ-ni müdafiə etdi və bildirdi ki, işgəncələrdə iştirak etmiş MKİ-nin əməkdaşları “əzab verənlər deyil, vətənpərvərlər”dir. Onun sözlərinə görə, işgəncələr qanun çərçivəsində edilirdi.

Pompeo vətəndaşlar haqqında kütləvi məlumatın toplanmasının tərəfdarı kimi də məşhurdur. Edvard Snouden haqqında isə “onu Rusiyadan qaytarmaq və nəticəsi ölüm cəzası olan istintaq prosesini təşkil etmək lazımdır” söyləmişdi.

Amerika üçün əsas təhlükələr

MKİ-nin gələcək direktoru 2014-cü ildə islamı Amerika üçün təhlükə adlandırdı. Pompeo MKİ-nin direktoru vəzifəsində isə terrorizmi və Koreya Xalq Demokratik Respublikasını ABŞ-ın təhlükəsizliyinin iki əsas təhlükəsi kimi göstərdi.

O, Şimali Koreya barəsində sanksiyaların sərtləşdirilməsi siyasətini tamamilə dəstəkləyir və Trampın tvitlərinə inanır. Trampın “ABŞ-ın nüvə düyməsi Koreya Xalq Demokratik Respublikasının nüvə düyməsindən daha böyük və güclüdür” deməsindən Pompeo qeyd etdi ki, Tvitterdən verilən belə bəyanatlar ABŞ-a mövqeyini çatdırmağa daha yaxşı kömək edir. MKİ-nin direktoru əminliyi ifadə etdi ki, Şimali Koreya lideri Kim Çen In Trampın bu müraciətini oxudu.

Pompeonun ulduzu İranla da barışmır. O, hələ MKİ-nin direktoru vəzifəsinə namizəd olarkən bəyanatla çıxış etdi ki, İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planı ABŞ-ın təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən səhv idi. Artıq bu postda İranı “quldur polis dövləti” və “zülmkar teokratiyası” adlandırdı, İŞİD terror təşkilatı ilə müqayisə etdi.

Çini isə ittiham edirdi ki, onun texniki proqramları Amerikanın layihələri və kəşflərini oğurlamağa yönəlib.

Rusiya: əməkdaşlıq etmək və təqib etmək

Pompeo Rusiyanı “Amerika üçün təhlükələr”in siyahısına daxil etmədi, amma ona çox diqqət ayırır. O, Moskvanı təcavüzkar davranışda ittiham edirdi və bildirirdi ki, Rusiya İŞİD-lə mübarizə üzrə demək olar ki, heç bir səy göstərmir. Pompeo ruslara qarşılıq verməyə çağırırdı, həmçinin iddia edirdi ki, Rusiya onilliklər boyunca ABŞ-da demokratik əsaslarını dağıtmağa çalışır. Ancaq öz sözlərinin təsdiq üçün konkret nümunələri gətirmirdi.

Amma məhz Pompeonun MKİ-nin başçısı olduğu dövrdə Rusiya tərəfinə Sankt-Peterburqda böyük terror aktına hazırlıq haqqında informasiya verildi və bunun sayəsində çoxsaylı ölümlərin qarşısını almaq mümkün oldu. Rusiya prezidenti Vladimir Putin informasiyaya görə Trampa təşəkkür etdi. Pompeo prinsip etibarilə, iki ölkənin xüsusi xidmət orqanlarının əməkdaşlığının saxlanılması dəstəkləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.