“Quska” Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro ayırdı — ŞOK FAKTLAR
14-03-2018, 16:18
Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyaları aparan bir qrup təxribatçılar – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər bu kimi şəxsləri dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub.
"Ölkə.Az"a Avropada fəaliyyət göstərən diaspora dairələrindən daxil olan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları qeyd olunan şəxsləri bir araya gətirirək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.
“Mafiyoz bəstəkar” kimi tanınan Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər “siyasi narazılar”dan Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.
Hüseyn Abdullayev başladılacaq kampaniyalar üçün də həmin təxribatçıların lazımı qədər vəsaitlə də təmin olunacağına söz verib.
Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında da kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı “düşmən” obrazı yaradılsın. Daha sonra Hüseyn Abdullayev Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı Orduxan Teymurxanın dayanmasını istəyib.
Müzakirələrdən sonra təxribatçı qrup üzvləri dərhal Hüseyn Abdullayevin bu təkliflərini qəbul edərək, hərəkətə keçiblər.
Mənbənin məlumatına görə, artıq Hüseyn Abdullayev ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. Hüseyn Abdullayev vəsaitin davamlı olacağını söz verib.
Onların yaşayış tərzi və həyatı normal əxlaqa sığmadığı üçün bu cür ləyaqətsiz və şərəfsiz tapşırığı can-başla qəbul edib işə başlayıblar.
Çünki “moşennik” Hüseyn Abdullayevin nə savadı, nə də intelektual səviyyəsi imkan vermir ki, çıxıb sağlam mübarizə aparsın.
Ona görə də küyə gedən ağılsız gənclərdən “kukla” kimi istifadə edir.
Əslində Azərbaycan xalqı “Quska”nın hansı yuvanın quşu olduğunu gözləl bilir. Ona görə də “moşennik iş adamı” kimi ad çıxaran Hüseyn Abdullayevin ümidi təxribatçı qrupa qalıb.
Qeyd edək ki, Azərbaycan cəmiyyətində “mafiyoz deputat” obrazı yaratmış Hüseyn Abdullayevin son illər mütəmadi olaraq Avropada erməni dairələri ilə gizli görüşlər keçirməsi və onlardan maliyyə vəsaiti alması barədə xəbərlər yayılır. Bu baxımdan Hüseyn Abdullayevin bu tıxribatçılara çirkin məqsədlər üçün ayırdığı vəsaitin erməni fondlarından qaynaqlanması istisna deyil.
“Quska” vaxtilə Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə saxladığı “qoçu dəstələri” ilə hücum çəkirdi.
2007-ci ildə Milli Məclisin iclası zamanı deputat həmkarına nalayiq söyüşlər söyən və sonra da ona hücum edən Hüseyn Abdullayevin deputat mandatı əlindən alınıb.
Bundan sonra isə Hüseyn Abdullayev müalicə almaq adı ilə Azərbaycanı tərk edərək Almaniyaya qaçıb. Buradan isə müntəzəm olaraq Azərbaycan xalqını, dövlət məmurlarını təhqir edərək düşmən dəyirmanına su töküb.
Haqqında küllü miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi açılan və beynəlxalq axtarışa verilən “Quska” Almaniyadan yeni fotosunu paylaşmışdı. Fotodan da göründüyü kimi, Hüseyn Abdullayevin kefi yerindədi və haqqında cinayət işinin açılmasına baxmayaraq şəkildə kifayət qədər arxayın görünürdü. Bu isə onun Qərbdə özünə yeni havadarlar tapdığını bir daha üzə çıxarırdı.