AZƏRTAC-ın rəhbəri təyin edildi - SƏRƏNCAM

16-03-2018, 12:57           
AZƏRTAC-ın rəhbəri təyin edildi - SƏRƏNCAM
Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin olunub.

teref.az Modern.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə 2018-ci il martın 15-də sərəncam imzalayıb.

Dövlətimizin başçısının 2018-ci il martın 15-də imzaladığı digər iki sərəncamla isə Dağbəyi İsmayılov və Sevinc Abdullayeva AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavinləri təyin olunublar.

2016-cı il noyabrın 24-də Azərbaycan Prezidenti Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb.

2017-ci il dekabrın 19-da isə Prezident İlham Əliyev AZƏRTAC-ın nizamnaməsi haqqında Fərman imzalayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.