Si Cinpin yenidən Çin Xalq Respublikasının sədri seçilib

17-03-2018, 09:45           

Ümumçin Xalq Nümayəndələri Məclisinin deputatları Si Cinpini yenidən Çin Xalq Respublikasının sədri seçilməsinin lehinə səs veriblər.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, eyni zamanda Si Cinpin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədri seçilib. Mərkəzi Hərbi Şura Çin Xalq-Azadlıq ordusuna rəhbərlik edir. Qurum fəaliyyətini Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Hərbi Şurası ilə paralel olaraq həyata keçirir.



Qeyd edək ki, Çin Xalq Respublikasının sədri postu 1954-cü ildə təsis edilib, 1975-ci ildə ləğv edilib, 1982-ci ildə isə yenidən bərpa olunub. 2018-ci il, martın 11-də Ümumçin Xalq Nümayəndələri Məclisi bir şəxsin iki dəfədən artıq Çin Xalq Respublikasının sədri postuna seçilməsinə qadağanı nəzərdə tutan Konstitusiya müddəasının ləğv edilməsini dəstəkləyib. Bundan sonra Çin Xalq Respublikasının sədri hər dəfə 5 il müddətində olmaqla məhdudiyyət olmadan seçilə biləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.