Əliyevlər ailəsini Malta Baş nazirinə pul ödəməkdə təqsirləndirən qadın polisə təslim olub

20-03-2018, 17:23           

Prezident İlham Əliyevin ailə üzvlərinin Malta Baş nazirinin yoldaşına məxsus şirkətə bir milyon ABŞ dolları köçürdüyünü iddia etməklə məhşurlaşan Rusiya vətəndaşı və Maltada yerləşən özəl Pilatus bankının keçmiş işçisi Maria Efimova Yunanıstanda saxlanılıb.

Yerli xəbərlərə görə Malta məhkəməsi onun fırıldaqçılıq ittihamı ilə bağlı həbsi üçün beynəlxalq axtarışa müraciət edib.

Xanım Efimovanın polisə könüllü təslim olduğu deyilir. O bunu Maltada həyatına olan təhlükə ilə izah edib və bunun üçün Yunanıstana gəldiyini bildirib.

Efimova iddialarını keçən il Maltada qətlə yetirilmiş araşdırmaçı jurnalist Daphne Caruana Galizia-ya ötürmüşdü.
Ona qarşı cinayət ittihamını Pilatus bankı irəli sürüb. Xanım Efimova Malta məhkəməsinə ailə üzvlərinə qarşı təhdidlər barədə xəbər verdikdən sonra, adanı keçən ilin iyun ayında tərk edib, Times of Malta qəzeti yazıb.

Malta məhkəməsi onun saxlanmasına dair qərarını bundan qısa müddət sonra verib.

Pilatus Bankı iddiaları rədd edib. Öz növbəsində, Maltanın Baş naziri Joseph Muscat-da BBC-ə verdiyi müsahibədə bu iddiaları rədd edib.

Lakin Pilatıs bankının özü də hazırda nəzər altındadır. Maltada yerləşən bank Avropa Komissiyasının müraciəti əsasında Avropa Bankçılıq İdarəsi (European Banking Authority) tərəfindən araşdırılmaqdadır.

Maltada mətbuata verdiyi məlumatda, EBA təmsilçisi təşkilatın Malta Maliyyə Xidmətləri İdarəsinin Pilatus Bankını araşdırmaqda kifayət qədər imkanı olub-olmadığını və təşkilat daxilində maraqların toqquşmasına dair yoxlamalar keçirdiyini bildirib.
İddiaların qalmaqalı
Bir il əvvəl yayılan iddialarda, qeyd olunurdu ki, Maltanın Baş naziri və Əmək partiyasının lideri Joseph Muscat-ın yoldaşı və iki yüksək vəzifəli partiya həmkarlarının sahib olduğu şirkətlərə məxsus olduğu iddia edilən bank hesablarına böyük məbləğdə pul köçürülüb.

Malta-da yerləşən özəl Pilatus bankı ilə açıldıqları iddia edilən bu hesablara köçürülən pulların mənbəsi olan və Dubayda qeydiyyatdan keçən Al Sahra FZCO şirkətinin prezident Əliyevin ailə üzvünə məxsus olduğu iddia olunur. Azərbaycan Prezidenti Adminstrasiyası BBC Azərbaycancanın bu iddialarla bağlı sualına cavab verməyib.

Pilatus bankının sədri Seyed Ali Sadr Hasheminejadın Malta Independent qəzetinə verdiyi müsahibədə maltalı məmurlara aid olduğu iddia edilən şirkətlərin bankda hesabları olmadığını, hətta bu şirkətlərlə heç bir "transfer" keçirilmədiyini bildirib.

Bankın sədri həmçinin Maltanın Baş nazirinin yoldaşı Michelle Muscat, onun ailəsi və ya ona aid olduğu idda edilən şirkətlərlə əlaqəsi olmadığını deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin ailəsinə məxsus olan hesabların banka mövcüd olub-olmamasına cənab Hasheminejada cavab verməkdən yayınıb.

"Biz məxfilik qaydalarına bağlıyıq. Lakin mən bunu deyəcəyəm. Az qala hər bir özəl banka PEP-lər (Siyasi təhlükə daşıyan şəxs) tərəfindən müraciət edilir və bu bankların PEP-lərlə əlaqələri olur", o, deyib.

Bankın "ciddi" yoxlama prosedurları olduğunu vurğulayan sədr müştərilər barədə məlumatı paylaşa bilməyəcəyini təkrarlayıb.
Tumar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.