Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”/ FOTO

20-05-2018, 13:26           
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”/ FOTO
Ötən il dekabrın 17-də itkin düşən və meyitləri tapılan Namin Bünyatzadə, Fəridə Cəbrayılzadə və Babur Hüseynov hadisəsi ilə bağlı şok iddia irəli sürülüb.

BakuPost xəbər verir ki, "Everest” idman klubunun rəhbəri, peşəkar alpinist Rusif Bağırov meytlərin tapılmasıyla bağlı yayılan məlumatların şübhə doğurduğunu bildirib. İddia edib ki, itkin alpinistlərin meyitləri yayılan məlumatdakı kimi 4 metr deyil, 1,20-1,30 sm dərinlikdən çıxarılıb.

O, bunu sübut edən fotolar da yayılmayıb və qeyd edib ki, alpinstlərin meyiti çox şübhəli şəkildə, anidən tapılıb.

R. Bağırov dövlət qurumlarının səhvini boynuna almalı olduğunu, Baş Prokurorluğun axtarışların bu qədər uzanmasında günahkar olan şəxsləri cəzalandırmasını istəyib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru