Azərbaycanın “çarəsizlik etirazı”na Rusiyadan cavab: Ermənistana vertolyotlarımızı vuracaq mükəmməl silah verildi

21-05-2018, 01:25           
Azərbaycanın “çarəsizlik etirazı”na Rusiyadan cavab: Ermənistana vertolyotlarımızı vuracaq mükəmməl silah verildi
Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq sülhyaratma missiyasını üstlənmiş Rusiya Federasiyasının özünü tərəflərdən birinin, konkret olaraq Ermənistanın hamisi kimi aparması yeni xəbər deyil.

Savash.org xatırladır ki, Rusiya bu kimi davranışları son onilliklərdə dəfələrlə açıq şəkildə sərgiləyib, bununla həm münaqişənin açarının özündə olmasına işarə vurub, həm də regionda istədiyini edə biləcəyi görüntüsünü yayımlayıb. Şimal qonşumuzun sonuncu belə davranışı və həmin davranışa rəsmi Bakının “xəfif etirazı” isə ötən həftə baş verdi.

Belə ki, əvvəlcə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya prezidenti kimi özünü təqdim edən Raul Xadjimbanın Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə görüşünü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirdi.

Hikmət Hacıyev qondarma rejimin nümayəndəsinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturması ilə bağlı suala cavabında aşağıdakıları deyib:
“Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.

Nazirlik rəsmisi bildirib ki, diplomatik kanallarla etiraz və ciddi narahatlıq Rusiya XİN-ə çatdırılacaq.

Risiya Xarici İşlər Nazirliyinin Bakının bu narahatçılığına cavabı isə özünü çox gözlətməyib. Kremlin baş vermiş olayla bağlı açıqlaması kifayət qədər anlaşılmaz olmasıyla yanaşı həm də özünün sərt diliylə diqqət çəkib.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən “üz-üzə” gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb”.

Azərbaycanın “çarəsizlik etirazı”na Rusiyadan cavab: Ermənistana vertolyotlarımızı vuracaq mükəmməl silah verildiBu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər və qarşı tərəf bununla da mövzuya nöqtə qoyub. Bəs, Rusiya XİN-nin bu açıqlamasının “tərcüməsi” nədir?
Kremldən Azərbaycana verilən cavab mesajı çox konkretdir. Yəni, Rusiya diplomatları sırf Bakının xətrini xoş eləmək üçün qondarma “DQR” təmsilçiləri ilə hansısa beynəlxalq tədbirdə “təsadüfən üz-üzə” gələcəksə onlarla müzakirələr aparmaqdan imtina etməyəcəklər. Və ardınca dərhal da əlavə edilir ki, “bu Rusiyanın münaqişənin həllində iştirakına kölgə sala bilməz”. Təxminən “əcəb edirik” tipli bir cavabdır və bu qeyri etik danışıq tonu Rusiyanın xarici siyasəti üçün yenilik sayılmamalıdır. Hələ Rusiyanın qarşısındakı Azərbaycan kimi gücünün çatacağı kiçik dövlətdirsə aşağılamanın “dozası” artıq da ola bilərdi.

Azərbaycan XİN isə bundan sonra səssiz qalmağa qərar verdi. Çarəsizlərin səssizliyi isə çox üzücü olur....

Bu arada isə bəlli olub ki, bir neçə ay sonra Yerevan Rusiyadan aşağı radiuslu “Tor M2” zenit-raket komplekslərini alacaq. Bu məlumat Ermənistan Müdafiə Nazirliyinin xüsusi televiziya proqramında açıqlanıb.

Azərbaycanın “çarəsizlik etirazı”na Rusiyadan cavab: Ermənistana vertolyotlarımızı vuracaq mükəmməl silah verildiZenit-raket kompleksi Rusiyanın Ermənistana silah təchizatı üçün ayırdığı ikinci güzəştli kredit (100 milyon dollar) çərçivəsində çatdırılacaq.
“Tor M2” müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə, təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir.

Ötən il Rusiya Ermənistana “Verba” daşınan zenit-raket komplekslərinin böyük partiyasını çatdırmışdı və hesab edilir ki, məqsəd Yerevanın hava hücumlarından eşalonlaşdırılmış müdafiəsini təşkil etməklə Azərbaycanın havada üstünlüyünü neytrallaşdırmaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.