"Stimul Hospital” CAN ALIR - Qadın plastik əməliyyatın qurbanı oldu

21-05-2018, 12:38           
"Stimul Hospital” CAN ALIR - Qadın plastik əməliyyatın qurbanı oldu
Bakıda xəstə əməliyyat masasında vəfat edib.

Dia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən "Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Plastik cərrah Elçin Zodan açıqlamasında məlumatı təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru