Yol polisinin yanında “protiv” gedən sürücülər də var – Seriyası AA - VİDEO

21-05-2018, 17:28           
Yol polisinin yanında “protiv” gedən sürücülər də var – Seriyası AA - VİDEO
Üzərində sayrışan işıqlar olan avtomobil Mərkəzi Seçki Komissiyasına məxsusdur
Mayın 18-də paytaxtın Azadlıq prospektində hərəkətdə olan 10-AA-947 qeydiyyat nişanlı "Mersedes" markalı avtomobilin sürücüsü 1.3- qoşa xəttin tələbini pozub əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. Avtosfer.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Sürücü həmin vaxtı uzaq işıqlardan və avtomobilin ön hissəsinə qanunsuz quraşdırılmış sayrışan işıqlardan istifadə edərək qarşıdan gələn sürücülərə təhlükə yaradıb. Sözügedən avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozan zaman 99-YP-390 qeydiyyat nişanlı YPX avtomobilinin yanından keçib. Lakin həmin əməkdaşlar kobud qayda pozan sürücünü dayandırmayaraq onun pozduğu qaydaya göz yumublar.

Avtosfer.az bildirir ki, həmin avtomobil Mərkəzi Seçki Komissiyasına məxsusdur. Maraqlısı odur ki, MSK-ya məxsus avtomobilin üzərində sayrışan işıqlar da var. Bu işıqlar isə operativ nəqliyyat vasitələrinə məxsus olur. MSK-nın isə nə vaxtdan operativ nəqliyyat vasitəsinə malik qurum olduğunu söyləmək qəliz məsələdir...
[media=https://www.youtube.com/watch?v=N9cRpMoTHmY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru